SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vüsal Hüseynov necə general-mayor oldu?

Vüsal Hüseynov necə general-mayor oldu?

Tarix:

12-02-2021, 11:30

/ 1 324 dəfə oxundu.
Vüsal Hüseynov necə general-mayor oldu?

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynovun general-mayor rütbəsi alması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Reportyor.info xəbər verir ki, keçmiş deputat V.Hüseynov ilk ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Bir il hərbi xidmət keçib.
Bu da o deməkdir ki, ordudan ən yaxşı halda baş çavuş rütbəsi ilə ayrılıb. Ancaq indi general-mayordur.
Sosial media fəallarə yazırlar ki, Miqrasiya Xidməti rəhbərinin rütbə daşımasına, uniforma geyiməsinə heç bir ehtiyac yoxdur. Digər tərəfdən ona general rütbəsinin necə verilməsi də çox maraqlıdır. Şərhlərdə isə bəziləri qeyd edir ki, bu, daxili rütbədir və hərbi biletdə qeyd olunmur. DMX daxilində rütbələr verilə bilir.

Şərhlər

XƏBƏR LENTİ