Əliağa Hüseynov 4 min cərimə olundu
Yasamal rayonunda yerləşən “Atlantis” restoranında gizli şəkildə keçirilən toy məclisinin təşkilatçısı və restoranın administratoru 400 manat məbləğində cərimə edilib.
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, obyekt sahibi 4 min manat məbləğində cərimələnib:
“Məclis iştirakçıları barəsində isə 200 manat məbləğində inzibati tənbeh tədbiq olunub”.
Qeyd edək ki, ötən gün DİN Yasamal rayonunda yerləşən “Atlantis” restoranının “Eyforiya” zalında gizli şəkildə toy mərasiminin keçirilməsinin qarşısının alınması barədə məlumat yayıb.
İddialara görə, sözügedən restoran sabiq hərbi komissar və deputat Əliağa Hüseynova aiddir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...