SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MTN-ə 70 faizədək endirimlə “hesab” verənlərin siyahısı – Şok cədvəl

MTN-ə 70 faizədək endirimlə “hesab” verənlərin siyahısı – Şok cədvəl

Tarix:

25-04-2018, 12:46

/ 1 819 dəfə oxundu.
MTN-ə 70 faizədək endirimlə “hesab” verənlərin siyahısı – Şok cədvəl

Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə "qoparmağa” çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.
Qafqazinfo.az bu mövzuda qısa araşdırma apararaq "MTN endirimləri”nin siyahısını hazırlayıb. Zərərçəkən şəxslərin ifadələrindən görünür ki, əksər şəxslərdən ilk olaraq 100 min – 1 milyon arası məbləğ tələb edilib, sonra isə güzəştlər başlayıb. Bir neçə şəxs isə ilk tələb olunan pulu tam ödəyib. Bunlardan biri də "Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdur. T.Əhmədov ondan tələb olunan 3 milyon manatı necə deyərlər, qəpiyinə kimi ödəyib. Bu məsələdə bir nəfərin şansı gətirib, 2 nəfərin isə köməyinə başqa bir məmur çatıb. Şansı gətirən şəxs sahibkar deyil, sıravi vətəndaş Səbuhi Məcidovdur. Bu şəxs maddi çətinlikləri olduğu üçün bağ evini satıb və 64 min manat beh alıb. Pulu aldığı obyektdən çıxan kimi MTN-çilər onu saxlayıb və nazirliyə aparıb, üstündəki pul də mənimsənilib. Ondan buraxılması üçün 300 min manat tələb olunub. Lakin qəti olaraq bu pulu verə bilməyəcəyini dedikdə o, 1 həftə nazirlikdə saxlanılıb. Sonda isə "sənin telefon danışıqlarına qulaq asmışıq, düz deyirsən, həqiqətən də pulun yoxdur”,- deyərək sərbəst buraxıblar.
Digər dövlət qurumlarında yüksək vəzifədə işləyən qohumları olduqları üçün canlarını qurtaran şəxslər isə sahibkarlar Ərəstun Nəsibov və Sabir Fərzəliyevdir. Ə.Nəsibovun buraxılmasını onun biznes ortağı Arif Vəliyevin dostu Vergilər Nazirliyinin İbtidai İstintaq Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov qudası, MTN generalı Sübahir Qurbanovdan xahiş edib. Ə.Nəsibov buraxılsa da, MTN-çilərin xahişi ilə onlar üçün "ətir səbəti” hədiyyə edib.
S.Fərzəliyev nazirliyə aparıldıqdan sonra ona "Sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən”,- deyilib və buraxılması üçün 200 min manat tələb olunub. Təsadüfən, DGK-nın qaçalmalçılığa qarşı mübarizə idarəsinin şöbə rəisi Malik adlı şəxs onun tanışı olub. Bu barədə ona məlumat verib, DGK vəzifəlisinin xahişi ilə o, sərbəst buraxılıb. Bir müddət sonra isə MTN zabiti Natiq Alıyevin xahişi ilə onun evinin taxtalarını almaq üçün 7 min manat ödəyib.
MTN-də saxlanılan 31 nəfərdən tələb olunan və endirim edilərək alınan pulların məbləğlərinin siyahısını təqdim edirik:


Saxlanılan şəxs Tələb olunan məbləğ Endirimlə ödənilmiş məbləğ

1 "Riyad Prodakşn” MMC-nin sahibi Şahmar Qurbanov 1 milyon 500 min

2 "MTK Real”ın sahibi İlham Qasımov 500 min 250 min

3 "Azərtikinti-ATF” MMC sədri Azər Quliyev 1,2 milyon 190 min

4 "Moda” dükanının sahibi Əbil Vəzirov 200 min 80 min

5 "Badi-Kubə”, "Yeni Yasamal” MTK-ların sahibi Nəsib Əliyev 100 min 80 min

6 "Karvansaray-2010” MMC-nin təsisçiləri Nadir Quliyev və Nizami Quliyev 1 milyon 100 min

7 Zərgər Elçin Hacıyev 150 min 80 min

8 "Met-ak” MMC sahibi Alik Kərimov 50 min 10 min

9 "Nart” Ticarət Mərkəzində sahibkar Aydın Musayev 500 min 300 min

10 Zərgər Mübariz Paşayev 1 milyo 225 min

11 Zərgər Elman Kərimov 150 min 100 min

12 Zərgər Rauf Həsənov 600 min 300 min

13 Zərgər Rəşad Mehrəliyev 100 min 65 min

14 Sahibkar Ehtibar Rzayev 100 min 50 min

15 Zərgər Azad Əzimov 200 min 50 min

16 Zərgər İlqar Əliyev 500 min 150 min

17 "Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyev 2 milyon 500 min

18 Daşkəsən rayon icra başçısı Əhəd Abıyev 1 milyon 686 min

19 Sahibkar Nizami Quliyev 200 min 50 min

20 Vətəndaş Əşrəf Kabulov 50 min 30 min

21 Vətəndaş Səbuhi Məcidov 300 min

22 Sahibkar Ələddin İbadov 150 min 50 min

23 "VİB” MMC rəhbəri Zabil Salmanov 3 milyon 437 min

24 Sahibkar Ərəstun Nəsibov 1 milyon 4 min

25 "Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev 500 min 250 min

26 Sahibkar Saleh Səmədov 1 milyon 300 min

27 Sahibkar Sabir Fərzəliyev 200 min7 min

28 "Arazplast” MMC-nin müdiri Elman Muradov 1 milyon 80 min

29 Valyuta dəyişmə məntəqəsi sahibi Elşən Həsənov 500 min 200 min

30 "Elnur-2” MMC sahibi Xudayar Rəhimov 1 milyon 200 min

31 Zərgər Cahangir Aslan 200 min 50 min

Qafqazinfo.az

Şərhlər

XƏBƏR LENTİ