SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Əgər dövlət 3 milyonu Çovdarova halal edibsə, mən də halal edirəm”

“Əgər dövlət 3 milyonu Çovdarova halal edibsə, mən də halal edirəm”

Tarix:

23-04-2020, 14:00

/ 1 068 dəfə oxundu.
“Əgər dövlət 3 milyonu Çovdarova halal edibsə, mən də halal edirəm”

"Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdə azad olunmasına münasibət bildirib.

T.Əhmədov Unikal.org “Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?” sualına belə cavab verib:

“Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”.

Şərhlər

XƏBƏR LENTİ