SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əfqan Muxtarlının səhhəti pisləşib

Əfqan Muxtarlının səhhəti pisləşib

Tarix:

6-04-2018, 10:24

/ 1 417 dəfə oxundu.
Əfqan Muxtarlının səhhəti pisləşib

Bunu jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib
Həbsdəki jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlərin yarandığı bildirilir. Bunu jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib. L.Mustafayeva deyib ki, Ə.Muxtarlı ürək və ciyər nahiyələrindəki kəskin ağrılardan əziyyət çəkir.
Vəkili Nemət Kərimli bildirib ki, Ə.Muxtarlının sağlıq durumu ilə bağlı gərəkli addımların atılması üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət göndərib.Vəkilinin dediyinə görə, tibbi müayinə zamanı Ə.Muxtarlının səhhətində problemlər müəyyən edilib:“Ə.Muxtarlı rentgen müayinəsində keçib. Həkiminin dediyinə görə, ciyərində ləkə var. Aprelin 5-də tibb idarəsinin rəhbərliyi ilə görüşdüm”, deyən vəkil onlardan Ə. Muxtarlının ixtisaslaşmış həkim müayinəsindən keçirilməsini xahiş edib.
Xatırladaq ki, jurnalist Ə.Muxtarlı 2017-ci il mayın 29-da həbs olunub. Jurnalist CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İddia olunur ki, sərhədi qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb. Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub.
Hazırda həmin hökmdən verilmiş apellyasiya şikayətinə baxılır. Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tiflisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Şərhlər

XƏBƏR LENTİ