SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Tarix:

24-04-2018, 17:46

/ 1 443 dəfə oxundu.
Əfqan Muxtarlının şikayəti təmin edilmədi

Şəki Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib və o, həbsdə saxlanılıb. İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir. Balakən rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdna məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verərək bəraət verilməsini tələb edib.

Şərhlər

XƏBƏR LENTİ