XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əfqan Muxtarlının həbs müddəti artırılıb

Əfqan Muxtarlının həbs müddəti artırılıb

Əfqan Muxtarlının həbs müddəti artırılıb
17-08-2017, 16:27

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həbs müddəti uzadılıb.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ə. Muxtarlının həbs müddəti iki ay artırılıb.

Yayılan rəsmi məlumatda bildirilib ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.