SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT

Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT

Tarix:

4-04-2018, 10:41

/ 1 609 dəfə oxundu.
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT

Neçə müddətdir ki, keçmiş Müdafiə Naziri Səfər Əbiyevin dövründə kifayət qədər ciddi mənsəb tutumuş və böyük gəlirlər əldə etmiş polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlu və onun qardaşı ilə bağlı ilginc faktları diqqətinizə təqdim etməkdəyik. Hər halda, bu faktlar hazırda ölkəmizə qarşı xaricdə cərəyan edən anitAzərbaycan dalğasının hansı formada ərsəyə gəlməsini sübutlayan nümunələrdən biridir. Yəqin ki, diqqətli oxucularımız aşağıdakı videofaktları yaxşı xatırlayır:
Xatırladaq ki, bu videolarda çıxış edən Səfər Əbiyevin dövründə Müdafiə Nazirliyinin maliyyə idarəsində şöbə müdiri postunu tutmuş (qardaşı isə iddia edir ki, sadəcə olaraq ekspert vəzifəsində çalışıb -red.) Natiq Abbasəliyevin doğmaca qardaşı Namiq Abbasəliyevdir. Göründüyü kimi, bu adam özünü haqı tapdanan bir sahibkar kimi təqdim edərək xalqı dövlətə qarşı ayaqlanmaya səsləyir. Və biz əvvəlki materiallarımızda təqdim etdiyimiz faktlardan da aydın oldu ki, əslində kifayət qədər ciddi imkanlara malik olan Abbasəliyevlərin haqqları sadəcə olaraq Natiq Abbasəliyevin MN-dən çıxarılmasından sonra "tapdanıb". Yəni adamlar dərhal müxalifətə qoşularaq, dünənə qədər onlara layiq olmadıqları şəraiti yaradan hakimiyyətə qarşı hərəkətə keçiblər.
Təbii ki, artıq bu faktlar dövlətin müvafiq qurumlarının da diqqətini çəkib. Amma bizim təqdim edəcəyimiz yeni fotolarda isə haqqı əzilən kimi görünməyə çalışan, sonradan isə etdiklərinin fərqinə varıb, doğmaca qardaşından və digər yaxınlarından imtina etdiyini bəyan edən Namiq Abbasəliyev artıq hansı səngərdə, hansı mövqedə dayandığını təkcə sübutlamır, həm də necə "ACINDAN ÖLÜR..." bu mənzərə də ortalığa çıxır.

Beləliklə, Namiq Abbasəliyevin ilk olaraq mitinqlərdəki pozlarını diqqətinizə təqdim edirik:
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT

Aşağıdakı fotolarda isə Namiq Abbasəliyev "acından ölür"...
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT
Səfər Əbiyevin adamının ilginc görüntüləri... - FOTOFAKT

Dəyərli oxucular. Hər halda bu faktlar hər şeyi ortalığa gün kimi çıxarır. Yerdə qalanı gərəkən qurumların ökdəsinə düşür. Yenə də bəyan edirik ki, qarşı tərəfin fikirləri üçün hər zaman qapılarımız açıqdır. Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ