XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Səfər Əbiyevin kadrının ÜSYANKAR qardaşı gününü xaricdə keçirir... - Nəhayət reaksiya da gəldi

Səfər Əbiyevin kadrının ÜSYANKAR qardaşı gününü xaricdə keçirir... - Nəhayət reaksiya da gəldi

Səfər Əbiyevin kadrının ÜSYANKAR qardaşı gününü xaricdə keçirir... - Nəhayət reaksiya da gəldi
1-04-2018, 13:25

Neçə müddətdir ki, Müsafiə Nazirliyinin maliyyə idarəsinin sabiq şöbə rəisi Natiq Abbasəlieyv və onun yaxın əıtrafı ilə bağlı açıqladığımız faktlar ölkədə geniş rezonansa səbəb olub. Əslində bu faktlar hazırda Azərbaycana qarşı fəaliyyətdə olan qüvvələrdən bir qisminin hansı əsaslarla və hansı şəritdə qidalanmasını ortaya çıxarır. Yəni aydın olur ki, bu gün Azərbaycana, Azərbaycan dövlətinə qarşı hərəkətdə olan qüvvələr əslində, zamanında bu hakimiyyətdə təmsil olunmuş və hazırda özünü "narazı" hesab edən bəzilərinin iştirakı ilə formalaşmaqdadır ki, onlardan biri də elə Natmiq Abbasəliyevdir.
Belə ki, Səfər Əbiyevin dövründə MN-də yüksək vəzifə tutumuş Natiq Abbasəliyevin doğmaca qardaşı açıqladığımız faktlarda da qeyd olunduğu kimi bu gün özünü "haqqı tapdanmış sahibkar" olaraq təqdim etməklə yanaşı hətta xalqı hakimiyyətə qarşı ayaqlanmağa çağırmaqdan belə çəkinmir. Həmin videofaktları təkrar olaraq diqqətinizə təqdim edirik:
Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, sabiq MN yetkilisi Natiq Abbasəliyevin qardaşı, bu gün özünü "cəbhəçi" kimi tanıdan Natiq Abbasəliyev bir ay ərzində bəlkə də ən azından 2 dəfə Almaniyaya səfər edir. Mənbənin söylədikləri: "Bu səfərləri heç də biznes xarakterli hesab etmək olmaz və bu məsələ dövlətin müvafiq orqanları tərəfindən araşdırılmalıdır".
Mənbə açıqlamasında iddia edir ki, davamlı şəkildə həyata keçirilən bu səfərlərin xərci elə Azərbaycanda yaşayan bir neçə ailənin aylıq dolanışığının təmin olunması üçün yetərlidir: "O zaman bu şəxs harda əzildi ki, bu gün etirazçı, acından ölən birisi kimi xalqı üsyana çağırır?".
Sözügedən Namiq Abbasəliyevin adından redaksiyamıza bir müraciət daxil olub. Özünün qarşı tərəf olduğunu xatırladan Namiq Abbasəliyev yazılanların həqiqət olmadığını, hazırda xaricdə olduğunu və yaxın bir ay ərzində Azərbaycana qayıdacağını da qeyd edib.
Təbii ki, biz əvvəlindən qarşı tərəfi dinləməyə hazır olduğumuzu bəyan etmişik. Və sözümüzə sadiqik, Namiq müəllimin Azərbaycana dönərək bizi tapmasını səbirsizliklə gözləyirik. Lakin burada bir məqam bizi və çox güman ki, oxucularımızı da maraqlandırmaqdadır: Hansı yazdığımız həqiqət deyil? Axı bu videofaktlardan da görünür ki, çıxış edən məhz Namiq Abbasəliyevin özüdür və onun dedikləri də nə montaj olunmayıb, nə də konteksindən çıxarılmayıb. Yəni biz də maraqlıdır, görəsən, cənab Namiq Abbasəliyev vətənə döndükdən sonra yazılanları hansı formada yalanlayacaq... Nə deyirik... Səbrlə gözləyirik...

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.