SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Əbiyevin adamı özünə belə müdafiə qurur... - "Bəli, o videomüraciət mənimdir və 10 mart mitinqində vermişəm"

Səfər Əbiyevin adamı özünə belə müdafiə qurur... - "Bəli, o videomüraciət mənimdir və 10 mart mitinqində vermişəm"

Tarix:

2-04-2018, 11:12

/ 1 612 dəfə oxundu.
Səfər Əbiyevin adamı özünə belə müdafiə qurur... - "Bəli, o videomüraciət mənimdir və 10 mart mitinqində vermişəm"

Neçə gündür ki, keçmiş Müdafiə Naziri Səfər Əbiyevin zamanında sözügedən nazirlikdə yüksək vəzifə tutmuş Abbasəliyev Natiq Yunis oğlu və onun yaxın ətrafı ilə bağlı ilginc faktları təqdim edirik. Xatırladaq ki, zamanında Müdafiə Nazirliyindən böyük pullar qazanmış polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlunun qardaşı təkcə radikal müxalifətlə eyni səfdə dayanmır, həm də hakimiyyətə qarşı müəyyən qızışdırıcı çıxışları ilə də diqqətə gəlməkdədir ki, bu məsələ də artıq müvafiq dairələr tərəfindən ciddi şəkildə araşdırılır.
Bununla bağlı məlumat verən mənbə iddia edir ki, vəziyyət o həddədir ki, polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlu öz doğma qardaşı ilə az qala savaşa da qalxıb. Bu arada isə redaksiyamıza polkovnik-leytenantın doğmaca qardaşı Abbasəliyev Namiq Yunis oğlunun adından növbəti müraciət ünvanlanıb.
Müraciətində doğmaca qardaşından "imtina etdiyini deyən" və əslində bu yolla MN-nin sabiq yetkilisi olan qardaşına müdafiə qurmağa çalışan Namiq Abbasəliyev yazır: "Bəli, o videomüraciət mənimdir və 10 mart mitinqində vermişəm. Bu, mənim heç də ilk çıxışım deyil. O ki qaldı qardaşıma... mən heç qardaşımla danışmıram".
Bəli, göründüyü kimi, Abbasəliyev Namiq təkcə özünə yox, doğma qardaşına da əməlli-başlı problem yaratdığını dərk etdiyindən ondan imtina edir və hətta digər doğmalarından da guya imtina etdiyini iddia edir: "Mən bildiyimə görə qardaşım MN də şöbə müdiri yox, həmin şöbədə tikinti sahəsində ekspert olubdur. Sürdükləri dediyiniz "Land Gruzer"i də mən qardaşımın oğluna bağışlamışam ad gününə. Atamın adını daşıdığı üçün. Hətta o avtomobili onun adına keçirəndə polislərə rüşvət vermədiyim üçüm məni davalaşmağa məcbur da etdilər. Məsələni mən ictimailəşdirdim, məni 50 manat da cərimə edib Şabunçu icraçılarına göndərdilər. Mən də məcburən ödədim".
Daha sonra Abbasəliyev Namiq onun şübhəli Almaniya səfərləri ilə bağlı iddia olunanlara cavab verir və yenə də iz azdırmağa çalışdığını aşkar şəkildə hiss etdirir: "Belədə mən keçən il ərzində 1 dəfə və bu ildə də ilk dəfəmdir ki Almaniyaya gəlmişəm. O ki qaldı ayda 2 dəfə mənim Almaniyaya gəlib-getməyimə... bu yalandır. Hər halda pasportumdan giriş və çıxış möhürlərindən buna aydınlıq gəturmək mümkündür".
Sözügedən olayla bağlı yeni araşdırma materialları artıq redaksiyamıza təqdim olunub. Və yaxın günlərdə bu faktları da diqqətinizə çatdıracağıq. Abbasəliyev Namiqin dediklərinə və redaksiyamıza ünvanladığı hədələrə gəlincə isə... Bu barədə çox şey demək istəmirik. Hər şeyi müvafiq dövlət qurumları araşdıracaq. Sadəcə bir məqama diqqət yetirməyinizi istəyirik: Adam mitinqdə "acındanölən" kimi özünü təqdim edib, dövlətdən şikayətlənir və bu gün də iddia edir ki, ardaşı oğluna bahalı avtomobili o hədiyyə edib... Bu isə o deməkdir ki, adamın bütün iddia etdikləri yalandır. Sadəcə olaraq, qardaşını müdafiə etməyə, onu hədəfə gətirdiyini anladığınıdan vəziyyəti düzəltməyə çalışdığından artıq bir-birinə zidd açıqlamalar vermək zorunda qalıb.

Yenə də bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ