SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İki rayonun icra başçısı dəyişdirilir - Seçkilərə qədər...

İki rayonun icra başçısı dəyişdirilir - Seçkilərə qədər...

Tarix:

14-02-2018, 12:10

/ 1 837 dəfə oxundu.
İki rayonun icra başçısı dəyişdirilir - Seçkilərə qədər...

İki rayonun icra başçısı postunda dəyişiklik gözlənilir. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, söhbət Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan və Gəncə şəhər İH rəhbəri Elmar Vəliyevdən gedir. Mənbənin söylədikləri:

"Prezident seçkilərinə qədər bu dəyişiklik baş tuta bilər. Çünki barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi Süleyman Mikayılovun prezident seçkiləri kimi mühüm bir prosesin həyata keçirilməsi zamanı vəzifə başında qalması heç də müsbət qarşılanmaz. Elmar Vəliyevə gəlincə isə, o, görəv başındakı dönəmini çoxdan bitirib və onun da istirahətə göndərilməsi vaxtıdır".

Hər iki icra başçısı ilə bağlı müxtəlif dövlət qurumlarına edilən şikayətlər yetərincədir ki, bu da siyasi hakimiyyət tərəfindən mütləq nəzərə alınacaq.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ