XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”

İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”

İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”
29-01-2018, 09:22

İş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfov üzləşdiyi özbaşınalıqla əlaqədar Prezident İlham Əliyevə müraciət edib.

İş adamının dövlət başçısına ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Mən uzun müddətdir ki, kiçik sahibkar kimi Bakı şəhərində sərnişin daşıma sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Biz marşrut işlədən sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən vaxtı hec bir əngəllərə rast gəlməmişik, həmişə vaxtı-vaxtında dövlətin vergisini ödəyib sərnişin daşıma fəaliyyəti göstərmişik. Lakin bizi Bakı şəhəri İcra Hakimyyətindən alıb Nəqliyyat Nazirliyinin nəzarətinə verdikdən sonra problemlərimiz başladı.
“Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri, müqavilə şöbəsinin rəisi Yunis Abdullayev, şöbənin işçiləri Elxan Hüseynov və Mais Usubov marşrut xətlərimizi işlətmək üçün bizi məcbur edirdilər ki, onlara pul verək. Onların qanunsuz əməlləri nəticəsində bizim külü miqdarda kredit borclarımız yaranmışdır, hamımızın əmlakımız və evlərimiz girovdadır. Biz onların dediklərini etmədikdə marşurutu əlimizdən alacaqları ilə hədələyirdilər. Tələb etdikləri pulu almaq üçün reket kimi vaxt qoyurdular. Ona görə də biz məcbur olurduq ki, gedib faizə pul götürüb Yunus Abdullayevə, Elxan Hüseynova, Mais Usubova dediyi pulu ödəyək. Çünki avtobusları biz evlərimizi girov qoyaraq almışdıq. Bir neçə marşrutu, o cümlədən 71 nömrəli marşurutu Yunus Abdullayev, 166 və 186 nömrəli marşurutu Mais Usubov və 132 24, 148 və 198 nömrəli marşururtları Elxan Hüseynov ələ keçirərək idarə edirdilər.
“Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri Yunus Abdullayev, Elxan Hüseynov, Mais Usubov qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda maddi ziyan dəymişdir.
Nəticədə mənə vurulan ziyan 1.500.000 manatı keçmişdir. Bundan 700.000 manat banklara kredit borcum təşkil edir. Onlar mənə evimi də satdırdılar. Bu gün mən ailəmlə kirayədə yaşayıram.
Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə “baxdılar” və heç bir nəticə olmadı. Belə ki, dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək işin bağlanmasını istədi. Əlbətdə mən razı olmadım. Bunlarla “danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə “iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə təqdim etdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər?
2017-ci ilin iyul ayının 8-də Sizə ünvanladığım müraciətimə aldığım cavabla əlaqədar olaraq 15.08.2017-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olundum. Orada Musa Hacıyev adlı bir məmur tərəfindən qaba bir formada qarşılanaraq təhqir olundum.
Elə həmin İdarəyə ünvanladığım müraciətin cavabını bilmək üçün bir daha İdarəyə müraciət edəndə müstəntiq Rəşad İsgəndərov məni qarşılayaraq bldirdi ki, işin araşdırılması mənə həvalə olunmuşdu. Lakin sonra onu məndən aldılar və hazırda kimdə olduğunu bilmirəm.
11.09.2017-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin növbətçi prokuroru məni qəbul etdi. Onlara təqdim etdiyim sənədlərin müraciəti aqibəti ilə maraqlandım. O, isə “ərizə qəbulundan başqa bir səlahiyyətim yoxdur” deyə cavab verdi.
İnsan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur. Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar?
Mənə elə gəlir ki, Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov şikayət etdiyimiz adamlarka öz şəxsi maraqları üçün istifadə edirərək onlardan rüşvət almaq müqabilində susmuşdur. Ona görə də problemin həllində maraqlı deyildir. Əksinə, hər cür maniə yaradır ki, düyün açılmasın. Anar müəllim ikili standartlarla işləyir. Vətəndaşların xeyrinə dövlət qanunları mövcüd deyil, Anar müəllim öz yazılmamış qanunları ilə hərəkət edir. Dövlət sifarişi zamanı isə Azərbaycan qanunvericiliyi ilə işləyir.
Əgər Anar müəllimin pul almaqda bu qədər məharəti varsa, çox xahiç edirəm ekə onlardan mənim banka olan 700 000 (yeddi yüz min) manar borcumu alaraq versin, başqa şikayətim yoxdur.
Vəziyyət aydındır. Hətta, Baş Prokurorluğun nəzarətində olan problemi bu qədər saymazlıqla qulaqardına vura bilirlərsə vətəndaşın vəziyyətini təsəvvür etmək asandır. Hesab edirəm ki, bu, rəsmən məmur özbaşınalığının aşkar nümünəsidir. Baş Prokurorluq kimi, asayiş və güc nümayəndəsinin bu qədər yarıtmaz fəaliyyətinə nə ad vermək olar? Bu, vətəndaşdan daha çox Sizin nüfuzunuzun səviyyəsinə edilən hörmətsizlikdir.
Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev o qədər səlahiyyət sahibidir ki, özündən yuxarı Baş Prokuroru saymaya bilir. 30 dəfə məktubla, 6 dəfə teleqramla rəsmi müraciət etməyimə baxmayaraq nəticə yoxdur. İl yarım ərzində 20 dəqiqə qəbul üçün vətəndaşa vaxt ayırmamışdır.

Məsələni ictimailəşdirməyə və mətbuata müraciət etməyə məcburam.

Mən dəfələrlə müraciətlərimdə bildirmişəm ki, imtiyazlı şəxslərə qarşı dövlət məmurları tərəfindən laqeyd münasibət yolverilməzdir. Çarəsiz vətəndaş silahlı məcburetmə vasitəsinə əl atmaq məcburiyyətində qalmamalıdır. Məmur vəzifə səlahiyyətlərini aşaraq Cinayət Məcəlləsinin 308.1, 309.1 maddələrini pozur. Bri rüşvət alır. Digəri isə həmin pulu onunla bölüşdürüb faktı gizlədir. Sahibkar veteran kimi, şəhid ailəsi kimi imtiyazlı olsa da onun imtiyazları nəzərə alınmır. Hüquqları tanınmayan və külli miqdarda zərər çəkən sahibkar haqlı olduğu halda heç bir qurum tərəfində hüquqları müdafiə olunmur.

Hörmətli Cənab Prezident!

Müraciətlərimə bu günə qədər müsbət reaksiya göstərən və ədalətlə davranan bir asayiş orqanı olmamışdır. Mən sivil yolla problemin həllinə çalışaraq rəsmi qaydada müraciət edirəm. Xəbərnamədən başqa bir cavab görmürəm. O da poçtun xidmətidir, asayiş orqanının yox.
Vətəndaş problemini silahlı yolla özü həll edəcəkdisə asayiş orqanları nəyə görə yaradılıb? Bunun necə bir vətəndaş qarşıdurmasına gətirib çıxardacağını təsəvvür edirsiz?
Ali orqanların özləri dı müraciəti həmin orqana yönəldir. Onlar üçün isə heç bir orqanın və qanunun aliliyi deyə bir şey mövcüd deyil. Onda nə üçün onun işinə nəzarəti və araşdırmanı məsələn Dövlət Təhlükəsizliyi Xidmətinə – hörmətli Mədət Quliyevə həvalə etmirsiz. Əminəm ki, hazırda Sizə bu məzmunda minlərlə müraciət vardır.
Son illər güc nazirliklərinin birinin ləğv edilərək çurumuş strukturlarını yeniləri ilə əvəzlənməsi əhəmiyyətli bir hadisə oldu. Həmin islahatların davamına ehtiyac var. Hesab edirəm ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tələbə cavab verəcək bir qurum deyil. Bu qurumun fəaliyyətindən bu ölkədə razı bir insan belə görmədim. Çünki onun fəaliyyəti xalqın dövlətə etibarını sarsıdır, xalqla dövlət arasında uçurum yaranmasına səbəb olur. O halda dövlət büdcəsini bu qədər boşa xərcləməkdənsə qurumu ləğv edərək dövlət büdcəsindən ona ayrılan maliyyəni eevsiz qaçqınlara yardıma yönəldək.

Xahiş edirəm, məktubuma münasibətinizi bildirərək mənə cavab verəsiniz.

Hörmətli Cənab Prezident!

Siz ölkə başçısı, hər bir vətəndaşın qarantısınız. Mənim başıma gətirilənlərlə Sizi qismən tanış etdim. Bu haqsızlıqlar, qanunsuzluqlar bu ölkədə mənim başıma gətirilmişdir. Sizə müraciətim mənim ölkədə inandığm və ümid etdiyim son ünvanımdır. Əgər Sizdən mənim məsələmin həlli üçün ümidverici bir cavab almasam, o halda mən ölkə daxilindəki ədalət axtarışım puça çıxar. Bundan sonra mənim tək bir yolum qalır. Ya beynəlxalq təşkilatlara və nüfuzlu dövlətlərə müraciət etməklə onlardan ədalətin və insan hüquqlarının necə qorunması və ona necə nail olmasının dərsini onlardan öyrənəm, ya da Sizin həmin güc idarələrinizdən bir silah alıb məsələmi dədə-baba qaydası üsulu ilə həll edəm.
Mən inanıram ki, Siz daha təmkinli olacaqsınız və bu məsələnin həlli üçün əlinizdən gələni edəcəksiniz ki, haqq-ədalət zəfər çalsın. Yalnız bu halda Ulu Öndərimizin dediyi sözlər yerini tuta bilər. “Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam”.

Cənab Prezident!

Gəlin çalışaq ki, biz azərbaycanlı olmağımızla həmişə fəxr edə bilək.

Tendensiya.com
İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”
İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”
İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”
İş adamından Prezident İlham Əliyevə ŞOK MÜRACİƏT: “… tək bir yolum qalır”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.