SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Almaniyada erməni iş adamlarıyla birgə biznes quran icra başçısı kimdir?

Almaniyada erməni iş adamlarıyla birgə biznes quran icra başçısı kimdir?

Tarix:

24-01-2018, 10:01

/ 1 636 dəfə oxundu.
Almaniyada erməni iş adamlarıyla birgə biznes quran icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, 25-ci ildir işğal altında olan Kəlbəcərin məşhur Zod qızıl mədənlərinin birbaşa Rusiya tərəfindən istismar edilməsi haqda informasiyalar yayılıb. Bu haqda son günlər qanunsuz olaraq Ermənistan ərazisindən Azərbaycan torpaqlarına daxil olan rus səyahətçi blogerlərdən biri məlumat verib.

Əslən Kəlbəcər rayonuyla qonşu qədim Göyçə torpağındakı Zod kəndindən olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında məsələyə münasibət bidlirib. Həmin açıqlamadan bir hissəni cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
“Əgər bu gün Azərbaycanda icra başçılarından biri Almaniyanın Köln şəhərində erməni iş adamlarıyla birgə böyük poliklinika açırsa, ermənilər, əlbəttə ki, Qarabağda istədiklərini edəcəklər… Belələri bir deyil, iki deyil… Azərbaycan dövlətindən taladıqları milyardlarla pulları xaricdə ermənilərlə birgə yeyib-dağıdırlar… Elə bu yaxınlarda vəzifəsindən azad edilmiş Fazil Məmmədov… Neçə xarici ölkədə fabrik, zavod, otel açıb…. Bunların heç biri Qarabağ haqqında, işğal altındakı torpaqlar haqda düşünmür… Belələri Azərbaycan dövlətinə yalnız gəlir mənbəyi kimi baxır, milyardları talayıb xaricdə erməni qohumlarıyla şərik biznes qurub kef edirlər… Ona görə də belə korrupsionerlər, işdən azad edilmiş rüşvətxor məmurlar təcili şəkildə həbs oedilməli, ölkədə sağlam bir mühit yaradılmalı, milli ruh yüksəldilməli, televiziyalarımız yarımçılpaq qadınlardan azad edilməli, bütün təbliğat torpaqlarımızın azadlığına yönəldilməlidir. Yalnız bu halda biz torpaqlarımızı işğaldan azad edə bilərik…”

moderator.az

Şərhlər

XƏBƏR LENTİ