“O qədər harınlayıblar ki, prezidentin maşınında gəzmək istəyirlər” – Hafiz Hacıyev
“Belə məmurlar bölgələrdə narazılıqlar yaradaraq, xarici kəşfiyyatın “əlinə oynayırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Kəlbəcər Rayon İcra Hakimiyyətinin xidməti istifadə məqsədilə 200 min manat qiyməti olan “Mercedes-Benz S350” avtomobili üçün tender qərarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, yerli məmurların belə hərəkətləri harınlığın göstəricisidir:
“Bunlar o qədər harınlayıblar ki, prezidentin maşınında gəzmək istəyirlər. “Naz Lifan” bir yana, heç adi “Mercedes”i də bəyənmirlər. Dövlətin o bahalı maşınlara nə qədər pul xərclədiyini düşünmürlər. Bu yaxınlarda Ağcabədi icra başçısının da “kortej”lə gedib-gəldiyini gördük. Açığı, Kəlbəcərin icra başçısı Aqil Məmmədovu yaxşı insan kimi tanıyıram. Onun bu cür harınlıq və özbaşınalıq edəcəyinə inanmaq istəmirəm. Ancaq əksər məmurlar ölkədə özbaşınalıq yaransın deyə, hər yola əl atır, bilinmir ki, onlar haradan və kim tərəfindən idarə olunurlar. Belə məmurlar bölgələrdə narazılıqlar yaradaraq, xarici kəşfiyyatın “əlinə oynayırlar”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır