XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Sirena Motors” vətəndaşları aldadır - Qəzalı avtomobillər yeni adı ilə satışa çıxarılır

“Sirena Motors” vətəndaşları aldadır - Qəzalı avtomobillər yeni adı ilə satışa çıxarılır

“Sirena Motors” vətəndaşları aldadır - Qəzalı avtomobillər yeni adı ilə satışa çıxarılır
26-12-2017, 14:56

Lənkəran şəhəri, Nərimanabad qəsəbə sakini Rəsulov Qardaş İltimas oğlu müraciət edərək “Sirena Motors” şirkətinin rəhbərliyi tərəfindən aldadıldığını və ona küllü miqdarda ziyan vurulduğunu qeyd edib. Vətəndaşın müracuiətində qeyd olunur ki, o 3il öncə Sirena Motorsa müraciət edərək 3500 manat ilkin ödəniş ödəməklə, kredit şərtlərilə aylıq 399 manatdan 36 ay müddətinə Çin istehsalı olan “Chanqan” İ35 markalı avtomobili alıb. Hadisələr də bundan sonra başlayıb.
Avtomobili aldıqdan sonra Lənkərana gedən Rəsulov Qardaş tanıdığı ustaya və servisə müraciət edir. Bundan sonra məlum olur ki, Sirena Motorsdan aldığı avtomobil qəzalı olub. Hadisə nəticəsində aşmış avtomobil vətəndaşa təzə adı ilə satılıb.
Bundan sonra Bakıya qayıdan vətəndaş “Sirena Motors”un baş direktoru Mehmet Coşquna müraciət edir. Maşını dəyişmək istəyən vətəndaşa yox cavabı verilir. Lakin bir müddət keçməmiş avtomobildə texnilki nasazlıqlar üzə çıxır. Belə olan halda yenidən Mehmet bəyə narazılığını bildirən vətəndaş baş direktorun otağından çıxarılır.
Aldadılmış vətəndaş avtomobilin açarını Sirena Motorsun mərkəzi ofisində qoyub şikayət edəcəyini bildirir. Onun şikayət edəcəyini anlayan şirkət rəhbəri onu qəbul edir və bildirir ki, qəzalı avtomobilin yenisi ilə əvəz edilməsi mümkün deyil. Və ona ancaq ikinci əl avtomobil verə bilərlər. Çarəsiz qalan Rəsulv Qardaş təkliflə razılaşır və 99 AF 109 nömrə nişanlı Chanqan EADO markalı avtomobili qəbul edir.
Lakin çox keçmir ki, Rəsulov yenə aldadıldığını görür. Dəyişdiyi avtomobili yuyarkən maşının rənginin töküldüyünün şahidi olur. Ustaya müraciət edəndə məlum olur ki, aldığı maşınla qəza törədilib və avtomobil bütöv rənglənib. Vətəndaş onu da qeyd edir ki, dəyişdirilmiş avtomobilə görə yeni kredit şərtləri ilə qrafik tərtib olunub və o 430 manat olmaqla 36 ay ödəniş etməlidir.
Avtomobilin rənginin qopduğunu və qəzalı olduğunu anlayan Rəsulov Qardaş yenidən paytaxta üz tutur. Sirena Motorsun mərkəzi ofisinə üz tutan vətəndaşın narazılığına baş direktor Mehmet Coşqun məhəl qoyulmur və ona hara şikayət edirsən et cavabını verirlər. Bundan sonra şirkətin əsas sahibi Vüqar Qarakişi oğlu Quliyevin yanına üz tutan Rəsulov Xırdalanda “A Trans” ın ofisində onunla görüşür. Quliyev vətəndaşa – birinci maşını alanda baxmaq lazımdır- deyir. Rəsulov isə, “harda yazılıb ki, təzə maşın alanda alıcı özü ilə malyar, çilingər gətirib maşını yoxlasın” sualını verir. Bundan sonra Sirena Motorsun baş direktoru Mehmet Coşquna zəng edən V. Quliyev şikayətçini razı salmağı tapşırır.
Müraciət edən Rəsulov Qardaş verilən tapşırıqdan sonra Mehmet bəyin ofisinə gəlir və yenə ikinci əl avtomobil seçmək məcburiyyətində qalır. 22 min manat dəyərində olan avtomobil vətəndaşa 29 min manata təklif edilir. Çarəsiz qalan Rəsulov şərtlərlə razılaşır və avtomobili deyilən şərtlərlə 36 ay 530 manat ödəməklə qəbul edir. Lakin bu avtomobil də ona uğur gətirmir. Bir müddət sonra avtomobillə qəza törədir və servisə müraciət edir. 2 ay servisdə qalan avtomobilin təmiri üçün sığortadan 4 min manat alan Sirena Motors rəhbərliyi yeni əvəzinə köhnə detallarla təmiri başa vurur. Amma sığortadan alınan pul yeni detalların bazar qiyməti ilə hesablanıb ödənilmişdi.
Lakin Rəsulov Qardaşın aldığı bu avtomobildə yeni problemlərlə diqqət çəkib. Hər gün ustaya müraciət etmək zorunda qalan vətəndaş sonda Sirena Motorsun baş direktoru ilə görüşür. Vəziyyəti anlayan və vətəndaşın rəsmi qurumlara müraciət edəcəyini görən Mehmet bəy yenə ona ikinci əl avtomobil təklif edir. Rəsulov çarəsizlikdən 10 TZ 703 dövlət nömrə nişanlı GAC markalı avtomobili qəbul edir.
Hazırda aldığı avtomobil də ona yeni GAC qiymətinə sənədləşdirilərək satılıb. Vətəndaşın müraciətləri isə nəticə vermir. Haqsızlıqla üzləşən Rəsulov Qardaş Realliq.org vasitəsilə dövlət qurumlarından kömək istəyir.
Biz vətəndaşın müraciətini qısa məzmunda təqdim etdik. Müraciətdən sonra saytımızın əməkdaşlarının apardığı araşdırmalar Sirena Motors-un rəhbərliyinin digər qanunsuz əməllərini üzə çıxarıb. Növbəti yazıda Çin istehsalı olan avtomobillərin satışı zamanı həyata keçirilən fırıldaqçılıq və digər faktlarla sizi tanış edəcəyik. Əldə etdiyimiz video görüntülərdə şirkət rəhbərliyinin avtomobillərin istismar müddətinə müdaxilələri və servisə müraciət edən sürücülərin aldadılması açıq aşkar görünür.
Bizi izləyin

Realliq.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.