SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Sirena”MMC-nin hüquqşünası icra şöbəsinin rəisini rüşvət almaqda ittiham etdi

“Sirena”MMC-nin hüquqşünası icra şöbəsinin rəisini rüşvət almaqda ittiham etdi

Tarix:

21-12-2019, 13:55

/ 1 671 dəfə oxundu.
“Sirena”MMC-nin hüquqşünası icra şöbəsinin rəisini rüşvət almaqda ittiham etdi

“Sirena” Motors” MMC-nin hüquqşünası Abbas Nağıyev Abşeron rayon İcra və Probasiya Şöbəsinin rəisini rüşvət almaqda ittiahm edib.

RealMedia.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli qətnaməsindən verilmiş dərhal icra olunması üçün icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

Bu gün icra sənədlərinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə qətnaməsini icra etmək məqsədilə tələbkar, (eyni zamanda da tələbkar jurnalistdir, “RealMedia.az saytının baş redaktorudur -red) Qurbanov Ramin Məhəmməd oğlu ilə birlikdə “Sirena” MMC-yə məxsus dayanacağa gedərək, icra vərəqəsinə əsasən tələbkara məxsus 1 ədəd “MG” minik markalı, sedan tipli, gümüşü rəngli, dövlət qeydiyyat nişanı 99 AG 275 olan nəqliyyat vasitəsini dayanacaqdan götürərək tələbkarın istifadəsinə qaytarılmasını şirkətin hüquqşünası Abbas Nağıyev bildirib.

“Sirena” MMC-nin hüquqşünasi(əgər ona hüquqşünas demək mümkünsə) Abbas Nağıyev isə avtomobilin tələbkara qaytarılmayacağını bildirib. O, qeyd edib ki, avtomobili yalnız şirkətin qanuni təmsilçisi Mehmet Çoşkun öz gəlib təhvil verməlirid. Ozü bunu verə bilməz.

İcra məmuru şirkətin məhkəmə qətnaməsinə əməl etməməsini və avtomobili qaytarmamasına dair akt tərtib edərkən “Sirena” MMC-nin hüquqşünası Abbas Nağıyev icra şöbəsinin rəisini rüşvət almaqda ittiham edib. İlk əvvəl icra şöbəsinin ayrı ayrı icra məmurlarını savadsız, işlərini bacarmamaqda ittiham edib. Daha sonra icra məmuruna, “Sən rəisindən niyə danışmırsan” sualını edərək, onu rüşvətdə ittiham edib. İcra məmuru isə ona, “rəisimə nə olub ki…”, Abbas Nağıyev isə,”rəisinə nə olmalıdır ki? pulu alanda…” İcra məmuru isə şirkətin hüquqşünasına yekə oğlansan, niyə bohtan atıb şər danışırsan, rəisə pul vermisən?” deyir. ” Abbas Nağıyev, hə, şəxsən mən vermişəm” deyərək rəisi rüşvət almaqda ittiham edib.

İcra məmuru özünü çox bilmiş hüquqşünas Abbas Nağıyevin bu səviyyəsiz fikirlərini rəisə qarşı şər və bohtan olduğunu bildirib. Və belə bir suçlamalara görə, onu qınayıb.

İnanırıq ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi bu ittihamlarla bağlı mövqeyini bildirəcək.

P.S. Abbas Nağıyevin Abşeron rayon İcra və Probasiya şöbəsinin rəsisini rüşvətdə ittiham etməsi və eləcə də Ali Məhkəmənin hakimi Sənan Hacıyevin və Bakı Apelyasiya Məhkəməsinin hakimi İsmayııl Xəlilov haqqında işlətdiyi xoşagəlməz sözlərin səs yazısı əlimizdədir. Sadəcə olaraq texniki imkanlarımız buna yol vermədiyindən hazırda sayta yerləşdirə bilmirik. Ancaq yaxın saatlarda Abbas Nağıyevin həmin səs yazısını sayta yerləşdirəcəyik. Əgər həmin səs yazısı hüquq mühafizə orqanlarına lazımdırsa, biz redaksiya olaraq həmin səs yazısını hər an onlara təqdim edə bilərik.

Bizi izləyin!

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ