XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Sirena MMC-nin arxasında hansısa səlahiyyətli məmur dayanır" - ŞİKAYƏT

"Sirena MMC-nin arxasında hansısa səlahiyyətli məmur dayanır" - ŞİKAYƏT

"Sirena MMC-nin arxasında hansısa səlahiyyətli məmur dayanır" - ŞİKAYƏT
17-05-2017, 17:52

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Cənablarına
və 1-ci Vitse Prezident
Mehriban xanım Əliyevaya
Qazax rayon sakini, YAP-ın üzvü, Həkim
Yusubov Mahir Şahvələd oğlu tərəfindən
Abşeron rayonunda yerləşən Sirena MMC barədə

Şikayət Ərizəsi

Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, 2013-cü ilin noyabr ayında Sirena MMC-dən dəyəri 14.800 AZN olan CHANGAN EADO avtomobilini 3 illik kredit yolu ilə aldım. İlkin ödəniş olaraq mən 2500 AZN nəğd pul ödədim. Sonrakı dövrdə 20 ay ardıcıl 533 AZN olmaqla 10.660 man Sirena MMC-yə pul ödədim. Beləliklə ilkin ödənişlə birgə ödədiyim məbləğ 13.160 AZN təşkil etmişdir.

2015-ci ilin avqus ayında cari ödənişimi etdikdən sonra mən qalan borcumu tam ödəmək istədikdə Sirena MMC-dən mənə bildirdilər ki sən cəmi 9.100 AZN pul ödəmisən. Lakin mən onlarla razılaşmadım və əlimdəki qəbzlərə əsasən 13.160 AZN indiyədək pul ödədiyimi bildirdim. Bundan sonra aramızda mübahisə yarandı və Sirena MMC Qazax məhkəməsinə müraciət etdi.

2016-cı ilin oktyabr ayında avtomobildə yaranmış nasazlığa görə mən həmin avtomobili Sirena MMC-nin təmir sexinə apardım. Təmir olunduqdan sonra həmin avtomobili mənə vermədilər. Artıq 8 aydır ki Sirena MMC həmin avtomobili özündə saxlayır.

Qazax məhkəməsi mübahisəni aradan götürmək üçün Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası təyin etdi. Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mənim ödənişlərimi rəsmi olaraq təsdiq etdi. Qazax məhkəməsinin çıxardığı qətnamədə həmin avtomobilin ümumi dəyərinin əsas hissəsi ödənildiyi üçün Sirena MMC-nin həmin avtomobilin məndən alınmasını ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirdi. Lakin Sirena MMC məhkəmə qətnaməsini nəzərə almadı və həmin avtomobili bu günə qədərdə özündə girov saxlayıb. Sirena MMC-nin məhkəmə qərarına biganə yanaşması mənə əsas verir deyim ki, Sirena MMC-nin arxasında hansısa səlahiyyətli məmur dayanır. Məhs buna görədə onlar məhkəmə qərarlarını nəzərə almırlar.

Hörmətli cənab Prezident!

Sirena MMC məndən savayı bir çox müştəriləriylə bu cür davrandığı barədə mətbuatda həmdə ictimayyət arasında faktlar var. Sizdən xahiş edirəm Sirena MMC-nin özbaşınalıqlarına son qoyulması üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.

Hörmətlə Yusubov Mahir Şahvələd oğlu. Tarix 17.05.2017 tel 0503280819

Qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.