XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » YPX-ə tabe olmayan Elvin Adıgözəlov hansı vəzifəyə gedəcəkmiş?

YPX-ə tabe olmayan Elvin Adıgözəlov hansı vəzifəyə gedəcəkmiş?

YPX-ə tabe olmayan Elvin Adıgözəlov hansı vəzifəyə gedəcəkmiş?
21-11-2017, 10:46

Bəzi məmurlar öz övladlarının öhdəsindən gələ bilmir. Bu səbəbdəndir ki, tez-tez məmur övladlarının içkili vəziyyətdə şəhərdə meydan sulamağa çalışmaları barədə xəbər veririk

Elə sonuncu dəfə yaşanan anoloji hadisə zamanı da, yüksək vəzifəli məmurlardan birinin övladı ifşa olundu. Özü də yol polisləri tərəfindən. Belə ki, Dövlət Gömrük Komitəsində vəzifə sahibi olduğu deyilən (Hərçənd ki, Gömrük Komitəsi onlarda belə bir adda işçinin olmadığını deyir) Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilən “10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılarkən, qarşı tərəf saxlama əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışmışdı. Amma YPX əməkdaşları avtoxuliqanlıq etmiş şəxsi sona kimi təqib etməyə və avtomobili saxlatdırmağa müvəffəq olmuşlar. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.

Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.

Bəli, bu fakt kameraların yaddaşına da həkk olunub. Yazının sonunda videodan da hadisənin baş vermə anını izləyə bilərsiniz. Lakin bu məsələdə maraqlı olan məqam "BMW" markalı avtomobilin sürücüsü Elvin Adıgözəlovun etdiyi əməldir. Ölkə başçısı belə məmur övladlarına qarşı sərt çıxışlar etdiyi bir vaxtda onun atasına, yaxud da kimlərəsə güvənərək əmrə tabe olmamağı sual doğurmaya bilməz. Təbii ki, bahalı avtomobil idarə edən bir məmur övladı üçün içkili avtomobil idarə etməyin cəriməsi heç nədir. Ona görə də, sona kimi tabe olmaqdan yayınıb. Digər məqam isə ondan ibarətdir ki, xəbər saytlarda yayılandan iki gün sonar bu xəbərlərin yığışdırılmasına çalışıldı. Müəyyən elçilər ortaya girərək bu işi həyata keçirməyə çalışdılar. Əldə etdiyimiz məlumata görə, polisə tabe olmayan Elvin Adıgözəlov hansısa vəzifəyə təyin ediləcəkmiş. Və əmrin veriləcəyi gözlənilən bir vaxtda bu məlumatın ortaya çıxması bəzi problemlər yaradıb. Ona görə də, əmr verəcək olan tərəf tələb edib ki, həmin məlumatlar saytlardan sildirilsin. Bu səbəbdən hərəkətə keçilib, amma uğurlu nəticə əldə edilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

Kivnews.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.