Yol polisinə çətin anlar yaşadan Elvin kimdir? - Avtoxuliqanın FOTOSU
Ötən gecə Bakının Nərimanov rayonunda “BMW” markalı avtomobilin sürücüsünün sərxoş halda avtoxuliqanlıq etdiyini xəbər vermişdik.
Hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb.
Belə ki, Heydər Əliyev prospektində “10-LJ-600” dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Adıgözəlov Elvin Nüsrət oğlu yüksək sürətlə manevr qaydalarını pozduğuna görə, Yol Patrul Xidmətinin 99-YP-481 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan yol polis əməkdaşları “Saxla!” əmri verib.
Lakin, sürücü avtomobili saxlamayaraq yol polis əməkdaşlarına müxtəlif bəhanələr gətirib. Polislərə heç bir sənəd təqdim etməyib. İnspektor ondan kəskin spirt qoxusunun gəldiyinə görə Alkaqol sərxoşluğunun yoxlanmılması mətnəqsinə dəvt edib. Sürücü heç bir söz demədən avtomobili ilə yüksək sürətlə ərazidən uzaqlaşıb. Daha sonra isə polis əməkdaşları tərəfindən ələ keçirilib.
İlkin məlumatda avtoxuliqanın atasının Dövlət Gömrük Komitəsində işlədiyi bildirilib. Lakin, DGK-nin mətbuat xidməti məlumat yayaraq bunu təkzib edib, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmədiyi bildirilib.
Maraqlıdır ki, 10 LJ 600 dövlət nömrə nişanı əvvəllər “Mercedes” (“şessot”) markalı avtomobildə olub. Yenicag.az ötən gecə yol polisinə çətin anlar yaşadan avtoxuliqanın fotosunu əldə edib.
Yenicag.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...