Avtoxuliqanlıq edən şəxs AMEA-nın vitse-prezidentinin sürücüsü imiş - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı "Saxla" əmrinə tabe olmayıb.
Əldə etdiyimiz məlumata görə, saxlanılan şəxs AMEA-nın vitse-prezidenti kimya elmləri doktoru Dilqəm Tağıyevin sürücüsü imiş.
Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Aeroport yolunda 10-AA-370 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü maşını şübhəli idarə etdiyinə görə "Saxla" əmri verib.
Lakin əmrə tabe olmayan avtomobil sürücüsü avtoxuliqanlıq edərək yol polisi əməkdaşlarından uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb.
Sürücü Yusifov Yusifin avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. O, avtoxuliqanlıq etdiyinə və sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Avtomobil cərimə meydançasına yerləşdirilib.
Femida.az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var