XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Şəhid ailəsi Ramiz Mehdiyevdən kömək istəyir

Şəhid ailəsi Ramiz Mehdiyevdən kömək istəyir

Şəhid ailəsi Ramiz Mehdiyevdən kömək istəyir
7-11-2017, 12:23

Şuşa rayon sakini, məcburi köçkün, şəhid ailə başçısı Şükufə Abbasova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri Ramiz Mehdiyevə ünvanladığı müraciəti olduğu kimi dərc edirik.

Cənab Ramiz Mehdiyev!

Yazıb Sizə bildirirəm ki, oğlum Gəraylı Samir Sabir oğlu Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 177.2.4 maddəsi ilə 3 il 11 ay azadlıqdan məhrum edilib. Oğlumun etdiyi cinayətdən peşman olmasına, vurduğu maddi ziyanı yerindəcə ödəməsinə və şikayətçi tərəfin olmamasına baxmayaraq məhkəmə onun haqqında çox ağır bir hökm çıxartmışdır.

Hörmətli Ramiz Mehdiyev!

Hal-hazırda oğlum Gəraylı Samir Sabir oğlu cəzasının 2 (iki) ilini faktiki olaraq çəkmiş və yerdə qalan hissəsini cəzaçəkmə müəsissəsində çəkməkdə davam edir. Oğlumun atası Rüstəmov Sabir Gəray oğlu 1992-ci il tarixdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Daşaltı əməliyyatında şəhid olmuşdur. Nənəsi Hüseynova Şəmail və bibisi Rüstəmova Kəmalə 1991-ci ilin dekabr ayının 26-da erməni qəsbkarları tərəfindən Şuşa şəhəri ətrafında - Turşsu yaxınlığında vəhşicəsinə öldürülmüşdür.

Hörmətli Komissiya sədri

Həyat yoldaşımı və yaxın qohumlarımı Azərbaycan Respubilkasının bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişəm, digər qız övladımın isə xəstəliyinin səbəbi məlum deyil və nə qədər yaşayacağını bilmirəm. Özüm isə bir müəllimə kimi dövlətdən aldığım əmək haqqı, məcburi köçkünlər üçün çörək pulu və prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə birdəfəlik təyin edilmiş müavinatla kirayədə yaşayıram. Hal-hazırda maddi durumumun ağırlığına görə oğlumun yanına gedə bilmirəm. Oğlum Gəraylı Samir Sabir oğlunun əfv edilməsi üçün Sizin sədri olduğunuz Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etmişəm. Bir ana kimi, şəhid ailə başçısı olaraq Sizə müraciət edirəm, mənə köməklik edin. Bir dövlət adamı olaraq oğlum Gəraylı Samir Sabir oğlunu atasının, nənəsinin və bibisinin şəhid olmasına bağışlayın və onun əfv edilməsi üçün köməklik göstərmənizi xahiş edirəm.

Şəhid ailə başçısı Şükufə Abbasova
Bakı şəhəri,Yasamal rayonu H.Cavid prospekti ev 4, mənzil 6 (055) 338-45-84

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.