SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəhid ailəsi nazirdən kömək istədi... - Müraciət

Şəhid ailəsi nazirdən kömək istədi... - Müraciət

Tarix:

9-03-2018, 09:49

/ 1 259 dəfə oxundu.
Şəhid ailəsi nazirdən kömək istədi... - Müraciət

Şuşa rayon sakini, məcburi köçkün, şəhid ailə başçısı Abbasova Şükufə Gəray qızı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, general-polkovnik Ramil Usubova ünvanladığı müraciəti olduğu kimi dərc edirik.

Cənab Ramil Usubov!

Yazıb Sizə bildirirəm ki, oğlum Gəraylı Samir Sabir oğlu Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 177.2.4 maddəsi ilə 3 il 11 ay azadlıqdan məhrum edilib. Oğlumun etdiyi cinayətdən peşman olmasına, vurduğu maddi ziyanı yerindəcə ödəməsinə və şikayətçi tərəfin olmamasına baxmayaraq məhkəmə onun haqqında çox ağır bir hökm çıxartmışdır.

Hörmətli Ramil Usubov!

Hal-hazırda oğlum Gəraylı Samir Sabir oğlu cəzasının 2 (iki) il 4 (dörd) ayını faktiki olaraq çəkmiş və yerdə qalan hissəsini cəzaçəkmə müəsissəsində çəkməkdə davam edir. Oğlumun atası Rüstəmov Sabir Gəray oğlu 1992-ci il tarixdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Daşaltı əməliyyatında şəhid olmuşdur. Nənəsi Hüseynova Şəmail və bibisi Rüstəmova Kəmalə 1991-ci ilin dekabr ayının 26-da erməni qəsbkarları tərəfindən Şuşa şəhəri ətrafında - Turşsu yaxınlığında vəhşicəsinə öldürülmüşdür.

Hörmətli Daxili İşlər Naziri!

Həyat yoldaşımı və yaxın qohumlarımı Azərbaycan Respubilkasının bütövlüyü uğrunda gedən döyüşlərdə itirmişəm, digər qız övladımın isə xəstəliyinin səbəbi məlum deyil və nə qədər yaşayacağını bilmirəm. Özüm isə bir müəllimə kimi dövlətdən aldığım əmək haqqı, məcburi köçkünlər üçün çörək pulu və prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə birdəfəlik təyin edilmiş müavinətlə kirayədə yaşayıram. Hal-hazırda maddi durumumun ağırlığına görə oğlumun yanına gedə bilmirəm.

Cənab Nazir sizə etdiyim ilk müraciətdən sonra Daxili İşlər Nazirliyindən Elnur müəllim adlı bir yetkili zəng edərək Sizin göstərişizlə oğlum Gəraylı Samir Sabir oğlunun problemi ilə məşğul olacaqlarını bildirdi. Daha sonra nazirliyin işçisi Ağalar və Binəqədi rayon polis şöbəsinin istintaq şöbəsinin rəisi Həsrət Aslanov zəng edərək oğuma köməklik etmək üçün tapşırıq aldıqlarını bildirdilər.

Cənab Ramil Usubov yazıb sizə bildirirəm ki, problemimin həll edilməsi üçün göstəriş verdiyiniz şəxslər oğlum Gəraylı Samir Sabir oğlunun həbsdən azad olunmasına köməklik göstərə bilmirlər. Məhz buna görə də oğlumun işini öz nəzarətinizə almağınızı sizdən xahiş edirəm. İnanıram və bilirəm ki, siz köməksiz, tək qalan şəhid ailə başçısına və övladına mütləq şəkildə köməklik göstərəcəksiniz.

Hörmətli Ramil Usubov!

Sizə bildirmək istəyirəm ki, Bakı şəhərində yerləşən Şuşa Mədəni Humanitar Kollecində işlədiyim üçün kirayədə qalmağa məcburam. Ancaq son aylar maddi vəziyyətimin ağır olmasına görə məcburən bacım oğlunun evinə sığınmalı olmuşam.

Cənab Ramil Usubov

Sizdən vətəndaş kimi, bir ana kimi, şəhid ailə başçısı kimi, Şuşa rayonundan məcburi köçkün kimi xahiş edirəm oğlum Gəraylı Samir Sabir oğlunun həbsdən azad olunmasına köməklik göstərəsiniz.

Şəhid ailə başçısı Şükufə Abbasova

Bakı şəhəri, Binəqədi rayon Q.Süleymanov küçəsi ev-3, mən 3, (055) 338-45-84

qlobal.az

Şərhlər

XƏBƏR LENTİ