XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Azərbaycanlı alim: "Maaş azdırsa, balalama, ol subay kef elə"

Azərbaycanlı alim: "Maaş azdırsa, balalama, ol subay kef elə"

Azərbaycanlı alim: "Maaş azdırsa, balalama, ol subay kef elə"
1-11-2017, 15:37

Azərbaycan dinşünası, fəlsəfə tarixçisi, ədəbi-fəlsəfi esselər müəllifi Aydın Əlizadənin fikirləri diqqət çəkib.

Məlumata görə, o, insanların maaşı az olması və işsizliyə münasibət bildirib:

"Hamı deyir maaş azdır, ya da iş yoxdur. Biri də demir ki, bəsdir, evlənib-balaladıq. Maaş azdırsa, ya da iş yoxdursa, onda evlənmə, balalama. Ol subay, kef elə özün üçün. Hökumət sənin üçün nə etsin ki, dinc durmursan? Toydan pul yığmaq istədiyin üçün evlənirsən. Sonra da o pul qurtarır, başlayırsan ona-buna atmağa, nə var ki, balaların var, arvad acdır. Tək insana azca pul da çatır. Heç pul olmasa da, dolanar. Vay o gündən ki, cütləşdir. Onda heç nə çatmır. Nə qədər pul qazanırsan, az olur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.