XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Azərbaycanlı çoban Türkiyədə məşhur oldu: "Qoyunlarımın yanına döndüm"

Azərbaycanlı çoban Türkiyədə məşhur oldu: "Qoyunlarımın yanına döndüm"

Azərbaycanlı çoban Türkiyədə məşhur oldu: "Qoyunlarımın yanına döndüm"
24-08-2017, 14:41

Qoyun otararkən oxuduğu "Ağlaya ağlaya" adlı mahnı ilə bir gəcədə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovun məşhurluğu artıq Azərbaycan sərhədlərini aşıb. Bu günlərdə Türkiyənin məşhur mətbuat orqanları onunla bağlı xəbərlər yayır, müsahibələrini təqdim edir.
Bu dəfə "Habertürk" onunla bağlı yazı dərc edib. Qəzetin əməkdaşı Hüseyn Şəntürkə danışan Pərvin Səfərov Neftçala rayonunun 400 nəfərlik kiçik bir kəndində yaşadığını deyib. 32 yaşlı Pərvin heyvandarlıqla və əkinçiliklə məşğul olur, qış aylarında isə inşaat və yol çəkilişlərində iştirak edir.
"Müsiqi alətlərində ifa da edə bilirəm, amma maddi çətinliklərə görə təhsil ala bilməmişəm. Türkiyədə müsiqi yarışlarına qatılmaq istədim, amma maddi imkanım çatmadı" deyə Pərvin Səfərov bildirib.
Bu ilin aprel ayında qoyun otararkən "Ağlaya ağlaya" mahnısını oxuyaraq telefona çəkdiyini deyən səbəbkar bir anda məşhurlaşıb: "Kəndə qayıdandan sonra videonu "Youtube"a yüklədim. Səhər yuxudan duranda dostum "Oyan Pərvin, məşhur oldun" mesajını yazdı. "Youtube"də izləyici sayını görəndə xoşbəxtlikdən gözlərim yaşardı. Qəzet və televiziya jurnalistləri bir gün sonra kəndə gəlib məni tapdı. Bir anda məşhur oldum. Geçən ay Azərbaycan Milli Konservatoriyasında pulsuz təhsil təklifi aldım, amma yazılı imtahandan keçə bilmədim. Yenə qoyunlarımın yanına dönməyə məcbur oldum. "Youtube"də 3 milyon izləyicim var, amma məşhur olmaq qarın doydurmur. Xəyallarım məhv oldu".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.