“O səs Türkiyə” yarışmasına qatılan azərbaycanlı çoban danışdı: “Azərbaycandan əlimi üzdüyümə görə Türkiyəyə getdim"
Sosial şəbəkdə səsi ilə məhşurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışmasına qatılıb.
Bunu AzNews.az-a açıqlamasında Pərvin Səfərov özü deyib. O, bildirib ki, Azərbaycandan əlini üzdüyü üçün şansını Türkiyədə axtarmalı olub:
“Videogörüntüm Türkiyə mediasında və televiziyalarında yayımlandı. Ordan da mənə durmadan təkliflər gəldi. Bütün Türkiyə mənim ifamı sosial şəbəkədə paylaşırdı. Xahiş ediblər ki, bu yarışmaya Pərvin Səfərovu dəvət edin. Elə oldu ki, “Eşqiya dünyaya hökmdar olmaz” serialının qəhrəmanı da mənim ifamı bəyəndiyini dedi. Sonra “O səs Türkiyə” yarışmasının təşkilatçıları facebookda mənə yazdılar, telefonumu istədilər və yarışmada iştirak etməyimi istədilər. Mənim üçün yeganə şans yarandı. Mən də Azərbaycandan əlimi üzdüyümə görə bir baş Türkiyəyə getdim. Hazırda çoban kimi təqdim olunan Pərvinin səsi Türkiyə səhnəsindən gəlir. Çox istədim ki, Bakıda qalam, sənətimə burda dəyər verilə, amma olmadı. İrəli getmək üçün verilən vədlər sadəcə söz oldu”.
Pərvin Səfərov qeyd edib ki, türkiyəlilərin Azərbaycan milli musiqisinə marağı sonsuzdur: “Çox sevinirəm, həyatım dəyişdi. Çoxlu dəvətlər gəlir. Hər kəs də Türkiyədə qalmağımı istəyir. Dəqiq düşünüb qərar verməliyəm. Təbii ki, Türkiyəni seçəcəm. Amma məni qıran odur ki, bu günə kimi ailəmin qazanc yeri və məni gerçəkdən sənətə həvəsləndirən qoyunlarımdan ayrılacam. Qoyunlar kənddə qalacaq, evimizin ruzisidir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...