Səsi ilə internetdə məşhurlaşan çoban: - “Qoyunları anama etibar edəcəm”
Qoyun otararkən oxuduğu mahnı ilə gündəmə gələn çoban Pərvin Səfərov Milli Konservatoriyaya qəbul olunacaq.
Bu barədə onun özü məlumat verib. O, bildirib ki, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi ilə görüşüb:
“Görüş çox yüksək səviyyədə keçdi. O, məni muğam ifaçıları ilə birlikdə dinlədi. Aygün Bayramova, Nəzakət Teymurova, Mənsum İbrahimov mənə qulaq asdılar və mənim təhsil almağımı istədilər. Qəbul imtahanı verib vokal şöbəsinə qəbul olunmalıyam.”
Pərvin Səfərov qeyd edib ki, tələbə adını alandan sonra qoyunları ilə vidalaşaçaq: “Qoyun otarırdım, indisə ziyalı şəxslərin arasındayam. Çox gözəl bir həyat, xoşbəxtəm. Qoyun otarsam da ən böyük arzum musiqi sahəsində təhsil almaqdır. İnşallah arzum həyata keçən kimi qoyunlarıma əlvida deyəcəm. Qoyunlar mənim dolanışıq yerimdir, gündəlik çörək pulumdur. Düzdür, mən qoyunları atmayacam, onu ancaq anama etibar edə bilərəm.”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək