SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Gömrükdən prezidentə yalan: Kərə yağı hələ də 18 manatdır

Gömrükdən prezidentə yalan: Kərə yağı hələ də 18 manatdır

Tarix:

22-11-2017, 09:37

/ 1 681 dəfə oxundu.
Gömrükdən prezidentə yalan: Kərə yağı hələ də 18 manatdır

Prezident kərə yağının idxal rüsumunun üç dəfə azaldılması haqda qərar imzaladı
Daxil olan xəbərə görə, qərar icra edilmir.
Dövlət Gömrük Komitəsi kərə yağının qiymətinin bazarda ucuzlaşması üçün heç bir addım atmayıb və inhisarçılıq hökm sürür.
Komitənin prezidentin qərarını dərhal icra etməsi gözlənsə də, bu gün marketlərdə kərə yağı hələ də 18 manata satılır.
Gömrük rəhbərliyinin dövlət başçısına yalan danışması və əhalini aldatması faktiki olaraq müşahidə olunur.
Deputat Vahid Əhmədov də monopoliya siyasətini pisləyib: “Azərbaycanda qiymət siyasəti yoxdur. Düzdür, İqtisadiyyat Nazirliyinin müvafiq qurumu qiymətləri müəyyən qədər stabilləşdirir. Amma yenə də qiymətlər qalxır”.
O deyib ki, bu il manatın məzənnəsi dəyişməyib: “İdxal- ixrac əməliyyatlarında müsbət saldo var. İnflyasiya 13-14 faizdir. Bəs niyə qiymətlər sürətlə dəyişir? Bunun sürətlə dəyişməsi üçün bazis olmalıdır. Yağın qiyməti ilə bağlı gömrük xidməti prezidenti inandırdı ki, guya aşağı salıb. Amnma yenə marketlərdə yağın qiyməti 18-24 manatdır. Deyirlər ki, monopoliya yoxdur. Hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil”.
Daxil olan xəbərə görə, gömrük monopolistləri, inhisarçı qüvvələrə kərə yağının ucuzlaşmasına imkan vermir.
Gömrük generalları dövlət rəhbərliyinə yalan məlumatlar verirlər və bunu deputat da dilə gətirir.
İnhisarçı məmurların prezidentin iradəsinə qarşı getməsi, monopoliyanı davam etdirməsi, əhalini narazı salması xalqla hökumət arasında körpüləri ayırır.
Əhalinin aztəminatlı təbəqəsinin kərə yağı almaq imkanları məhduddur. Prezidentin qərarından sonra gözlənirdi ki, qiymətlər düşəcək.
Üstəlik, Azərbaycanda kərə yağının qiymətinin qalxdığı bir vaxtda azərbaycanlı iş adamı Qalib Mahmudov Yeni Zelandiya bazarını ucuz kərə yağı ilə doldurub.
Yeni Zelandiya dünyada kərə yağı istehsalı üzrə liderlərdən biri hesab olunur. Azərbaycana da bu ölkədən xeyli növ kərə yağı idxal edilir.
Lakin son vaxtlar Bakı marketlərində bu məhsulun 1 kq-nın qiyməti 20 manata qədər yüksəlib və bu, heç də hamının cibinə görə deyil. Elə bu vaxt dünyanın o biri başında - Yeni Zelandiyada tam əksinə vəziyyət yaşanmaqdadır.
Qalib Mahmudovun şirkətinin Fransadan külli miqdarda gətirdiyi “Petit Normand” markalı yağ keyfiyyətinə və ucuzluğuna görə Yeni Zelandiya markalarını üstələyir və ölkədə əsl sensasiyaya səbəb olub.
Yeni Zelandiyalı iş adamlarının sözlərinə görə, onlar istehsal etdikləri kərə yağını Fransadan azərbaycanlı iş adamının gətirdiyi yağın qiymətinə sata bilməzlər və bunu Avropada fermerlərə dövlət tərəfindən subsidiyaların təqdim olunması ilə izah edirlər.
Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır.
Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir.
Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur.

Şərhlər

XƏBƏR LENTİ