“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
“Qardaşımın ölümünə “İstanbul NS” klinikası və onun həkimləri səbəb olub. Ölümündən sonra da klinikanın həkimi, rəhbəri bizi şantaj edərək meyiti vermirdilər, bizdən pul tələb edirdilər. Ancaq bu özbaşınalıqlarına görə heç biri cəzalandırılmır”.
Bu barədə şikayətçi Zərifə Mahmudova Feysbuk hesabında yazıb. Şikayətçi “İstanbul NS” klinikasını və həkimlərini qardaşının ölümündə ittiham edir:
Zərifə Mahmudovanın sözlərinə görə, bu ilin aprelin 22-də qardaşı “İstanbul NS” klinikasında ürək cərrahı Kamal Ağarzayev tərəfindən atası və özünün icazəsi olmadan əməliyyat olunub. O iddia edir ki, bu əməliyyat uğursuz keçib, nəticədə xəstə beynində çoxsaylı insult, sağ tərəfdə iflic və ağır hala düşərək koma vəziyyətinə salınıb:
“Qardaşım əməliyyatdan sonra üç həftə ərzində komada qaldı. Bu müddət ərzində ona qarşı qeyri-insani rəftar olub, işgəncəyə məruz qalıb. Eyni zamanda, ailəmiz müxtəlif bəhanələrlə şantaj edilərək külli miqdarda pul ödəməyə məcbur edilib. 75 min manatlıq sığorta ödənişi istifadə olunub. Klinikada pul yığmaq işinə baxan Aygün adlı bir qadın, cərrah Kamal Ağarzayev və klinikanın rəhbəri Azər adlı şəxsin iştirakı ilə bizdən 10 min manat tələb edildi. Əks halda, deyirdilər ki, qardaşımın dərman və qan plazması kəsiləcək. Bilirdilər ki, bu onun həyatı üçün ölümcül olacaq. Sonda dediklərini etdilər və qardaşım mayın 16-da vəfat etdi”.
Şikayətçinin sözlərinə görə, qardaşının cənazəsi belə ailəyə dərhal təhvil verilməyib. Xəstəxana əməkdaşları onlardan 12 min manat tələb ediblər. O, həmçinin qeyd edir ki, ailəyə nə başsağlığı verilib, nə üzr istənilib, nə də ödənilən pullar geri qaytarılıb:
“Qardaşım 50 yaşında, üç övlad atası idi. Onlardan biri tələbə, ikisi isə məktəblidir. Onun qəfil itkisi ailəmizi məhv etdi. Yaşlı atam oğul dərdindən yatağa düşüb. Mən isə bu dəhşətli travmadan sonra insult həddindən dönə bildim. Əgər təcili yardım vaxtında gəlməsəydi, bu faciə ikiqat olacaqdı”.
Zərifə Mahmudova məsələyə müdaxilə olunmasını, qardaşının ölümündə məsuliyyəti olan şəxslərin cəzalandırılmasını tələb edir.
Tribunainfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...