“İstanbul NS” Klinikasının həkimi Anar Salmanov xəstəsini səhv əməliyyat edib?
Bərdə rayonunda sayılıb seçilən xeyirxah insan Ələkbərov Elçin Nadim oğlu,ürək damarına stend qoyulması əməliyyatı zamanı baş verən faciə nəticəsində vəfat etməsi barədə redaksiyamıza şikayət qəbul olunub.
Vəfat edənin ailəsi, əməliyyatın düzgün aparılmadığını, əməliyyat zamanı damarın zədələndiyini iddia edərək həkim Anar Salmanov haqqında şikayətçi olublar. Onlar baş verən hadisədə həkim səhvi ilə bağlı narazılıqlarını bildirərək, məsələni hüquqi müstəviyə daşıyıblar.
Elçin Ələkbərovun əməliyyatı İstanbul NS Klinikasında həyata keçirilib.
Əməliyyatı Mərkəzi Nefcilər xəstəxanasının, eyni zamanda İstanbul NS klinikasının tanınmış həkimi Anar Salmanov həyata keçirib.
Ailənin iddialarına görə, əməliyyat zamanı ilk olaraq anju olunub daha sonra stend qoyulmalı oluğunu həkim bildirib. Nəticədə stend qoyulan zaman tibbi səhv baş verib və damar zədələnib. Bu zədələnmə, şəxsin həyatını itirməsinə səbəb olub.
Hazırda bu hadisə ilə bağlı araşdırmalar Nərimanov Rayon Prokurorluğu tərəfindən aparılır.
Elcin Ələkbərovun ailəsinin əsas tələbi, hadisənin düzgün araşdırılması və tibbi səhvi varsa, məsuliyyət daşıyan şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasıdır. Onlar, həmçinin ekspertizanın düzgün aparılmasını tələb edirlər.
Doğru.az olaraq qeyd edək ki, qarşı tərəfin də fikirlərini və məsələyə aydınlıq gətirmək istəyinə müsbət yanaşırıq.

Dogru.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?