SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gecə yarısı qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir?-Video

Gecə yarısı qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir?-Video

Tarix:

30-06-2024, 20:19

/ 349 dəfə oxundu.
Gecə yarısı qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir?-Video

Xəbər verdiyimiz kimi Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılaraq ekskavatorla hasarı və evi dağıdıraq həyətində olan ağacları qırıblar.
XALQ.AZ-a daxil olan məlumata görə hadisə Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə “FENIKS-AA” MMC -dir.
Aşdırmalarımıza görə “FENIKS-AA” MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2019-cü ildən müavini olan İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsusdur.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir.
Qeyd edək ki, “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib.
2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.

Qeyd edək ki, İlqar İsbatovun oğlu Aydın Aydınlının “Feniks-AA” MMC-i bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.
Həmçinin bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 milyon 304 min manatlıq olan 22 müqavilə müsabiqə keçirilmədən müqavilə bağlanaraq öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edilərək Şuşada Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-nin rəhbəri Aydın Aydınlıya verib.

 Bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyevdir.
Araşdırmalarımızla məlum olub ki, İlqar İsbatovun 30 yaşlı oğlu Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib. 
Həmin il atasına məxsus “Ranger Rover” markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Tural Qaslmov (ad soyadlı şərtidir) uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Hadisənin sonrakı gedişatı barədə hər hansı məlumat yoxdur.
Həmçinin qeyd edək ki, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti hadisə ilə bağlı açıqlama verib.
Məlumatda bildirilir ki, sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə “İbrahim-Q” MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Lakin “İbrahim-Q” MTK Ə. Hüseynzadə 53 küç. binası tikilir, amma olay M. Muxtarov 145 küç. baş verib.
Araşdırmalarımız görə tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatda qeyd olunub ki, Murtuza Muxtarov küçəsi, 145 ünvanında “FENIKS-AA” MMC lahiyəsi ilə inşa işləri aparılır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti niyə ictimayyətə yanlış məlumat verir? 
Araşdırmalarımı davam edir. Məsələdə adı çəkilən şəxslərin açıqlamasını dərc etməyə hazırıq.
 
Qadını evdən zorla çıxarılmasının videosu:

Şərhlər

XƏBƏR LENTİ