SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR

İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR

Tarix:

10-06-2023, 12:07

/ 729 dəfə oxundu.
İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR

Goranboy Suvarma Sistemləri İdarəsi Suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi işlərinin satın alınması tenderinin qalibini açıqlayıb.

Xalqxeber.az 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Perlit” MMC seçilib.

Goranboy Suvarma Sistemləri İdarəsi ilə şirkət arasında bağlanacaq satınalma müqavilələrinin maliyyə dəyəri 123.433,55 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Perlit” MMC-nin 11.08.2004-cü ildə qeydiyyata alındığı göstərilib. Nizamnamə kapitalı 300 AZN olan şirkətin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ADAU-NUN YATAQXANASI, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi MƏHƏRRƏM ÖMRÜMOV XANSUVAR oğludur.

“Perlit” MMC-nin hazırda 209721.79 AZN vergi borcu var.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur.

İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi

Şərhlər

XƏBƏR LENTİ