XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Polis əməkdaşı da reyddə cərimələndi - Video

Polis əməkdaşı da reyddə cərimələndi - Video

Polis əməkdaşı da reyddə cərimələndi - Video
29-07-2017, 13:01

Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə başlayıb.

Şəkidə qanuna laqeyd yanaşan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb, bəzi sükan sahiblərinə qarşı isə protokol tərtib edilib.

Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Polisin məlumatına əsasən, reyd cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülərə qarşıdır.

Reyd zamanı 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb. Təxminən 10-a yaxın sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun protokol tərtib edilib. Reyd zamanı hətta iş başında olan digər polis əməkdaşları belə saxlanılaraq onlara xəbardarlıq edilib.

Həmçinin Şəki DYPB-nin əməkdaşları avqust ayında keçiriləcək təhlükəsizlik hava aylığı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Polisdən verilən məlumata görə, cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.