DYP Kürdəmirdə reyd keçirdi - 50 sürücü cərimələndi
Dövlət Yol Polisi (DYP) Kürdəmir rayonunda reyd keçirib.
Məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaq və sürücülərlə profilaktiki söhbətlər aparmaqdır.
DYP əməkdaşları rayon ərazisində hərəkətin tənzimlənməsi məqsədilə karantin rejiminin qaydalarına əməl etməklə sürücülərlə profilaktiki söhbətlər aparıb və onlara yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməsini məsləhət görüb.
Bununla belə, reyd zamanı qaydaları pozan, o cümlədən sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, təhlükəsizlik kəmərini taxmayan, avtomobilə konstruksiya əlavə edən sürücülərə də rast gəlinib. Qaydaları kobud şəkildə pozan sürücülər yol polisləri tərəfindən cərimələnib.
Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb və onların 50-si barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən protokollar tətbiq olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...