ŞƏKİDƏ QAYDALARI POZAN SÜRÜCÜLƏRƏ QARŞI REYD KEÇİRİLİB
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş reyd zamanı hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən , konstruksiya dəyişikliyi edilmiş avtomobillər, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanuna uyğun müvafiq tədbirlər görülüb. Reyd zamanı 80-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb və onlardan 20-nin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda həmin sürücülərlə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydaları ətraflı şəkildə izah olunub, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...