SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Naxçıvanda filarmoniya QALMAQALI bitə bilməz... - ÇÜNKİ...

Naxçıvanda filarmoniya QALMAQALI bitə bilməz... - ÇÜNKİ...

Tarix:

30-12-2023, 11:04

/ 643 dəfə oxundu.
Naxçıvanda filarmoniya QALMAQALI bitə bilməz... - ÇÜNKİ...

Məlum olduğu kimi, Naxçıvan Dövlət Filarmoniyasında müsiqiçi və rəqqasların qonorarlarının mənimsənilməsi ilə bağlı təqdim etdiyimiz reportajdan sonra filarmoniya müdiri işdən azad edildi. Bu haqda sərəncam Dekabrın 28-də imzalandı. Bundan əlavə, işçilərdən mənimsənilən qonorarlar da özlərinə qaytarılıb.
Filarmoniya işçiləri bildirirlər ki, ictimailəşdikdən bir neçə saat sonra problem öz həllini tapıb:
“Problem iki gün əvvəl ictimailəşdirildi, günorta hamımızı yığıb, mənimsənilən qonorarları özümüzə qaytardılar. Daha sonra eşitdik ki, müdir Ülvi Əhmədov bu əməlinə görə işdən çıxarılıb. İndiyə kimi bir neçə dəfə şikayət etsək də, məhəl qoyan olamışdı. Sağ olsunlar ki, mətbuatla, ictimai rəylə hesablaşıblar, ədaləti bərpa ediblər”.
Qeyd edək ki, bu məsələ geniş müzakirə yaradıb və filarmoniyanın işçiləri yenə də etiraz edirlər. Çünki...
Bu barədə özləri deyir:
"Ülvi Əhmədovan sorusmadılar ki, pullari yığıb kimə verirsən? Təbii ki, Naxçıvanın Mədəniyyət Naziriliyinin rəhbərliyinə!
Naxcivan Mədəniyyət Naziriliyində (Bu qurumu saxtakar Nazirlik kimi taniyirlar) Natavanın davamçılari çirkli əməllərini davam etdirirlər. Elə bilirlər Naxçıvana yeni rəhbər təyin olundu və bununla da hər şey ört-basdır olacaq? Yox, əksinə. Bu əməllərinə görə mütləq cavab verməli olacaqlar..."

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ