SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə qanunsuzluq-ŞİKAYƏT

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə qanunsuzluq-ŞİKAYƏT

Tarix:

30-06-2017, 10:54

/ 94 764 dəfə oxundu.
Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə qanunsuzluq-ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına
Surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
Surəti:Əmək və Əhalinin Sosial Müdafiə Naziri
Cənab Səlim Müslümova
Surəti:Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman
Hörmətli E.Süleymanovaya
Surəti:Həmkarlar İttifaqları Konfederasiyasının Prezidenti cənab S. Mehbalıyevə

Mən müddətsiz əmək müqaviləsi ilə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə tərbiyəçi-müəllim köməkçisi işləyirəm.
Şikayətim əmək və məzuniyyət hüquqlarımın pozulmasındandır.
Bu günkü tarixədək mənimlə əmək münasibətlərinin davam etdirilməsinə baxmayaraq 5 aylıq (fevral-iyun) əmək haqlarımın ödənilməməsi ilə bağlı 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xidmətinə şikayət edərək əmək hüquqlarımın bərpa edilməsini xahiş etmişəm.
Əmək haqlarımın ödənilməməsi bir yana, mənim məzuniyyət hüquqlarım pozulmuşdur.
Bütün müəllimlərin 01.07.2017-ci ildən məzuniyyətə buraxılmaları barədə əmr verilməsinə baxmayaraq, mənim məzuniyyət əmrim verilmir.
AR ƏM-nin tələblərinə uyğun olaraq 01.07.2017- ci il tarixindən mənə məzuniyyət verilməsi üçün 24.06.2017-ci il tarixində məktəbin direktoru v.i.e. İlahə Həsənzadəyə rəsmi qaydada ərizə ilə müraciət etmişəm. Məktəbin direktoru v.i.e. İ.Həsənzadə 1 saylı regional maliyyə idarəsinin rəisi Elxan Süleymanovun göstərişi ilə məzuniyyət əmrimi verə bilmədiyini etiraf edərək E.Süleymanovun şərtini mənə açıqladı. Belə ki, mən halal əmək haqqımıı almaq üçün öz “xahişimlə” heç bir əsas olmadan müddətsiz müqavilə ilə işlədiyim indiki-müəllim köməkçisi işimdən imtina edib, vəzifə maaşı mövcud əmək haqqımdan aşağı olan üstəlik 1 illik əmək müqaviləsi əsasında digər işə keçməyim üçün ərizə yazmayacağım təqdirdə nə maaşım ödənəcək nə də mənə məzuniyyət veriləcəkdir.
Ölkə Qanunları vətəndaşların məzuniyyət hüququna təminat verir.
AR Konstitusiyası 37-ci maddəsi əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edir.
19.07.1994-cü ildə ULU ÖNDƏR HEYDƏR ƏLİYEV tərəfindən imzalanmış 854 №li “Məzuniyyətlər haqqında AR Qanunu”nun 35-ci maddəsinə görə “işçilərin məzuniyyət hüququnu məhdudlaşdıran işverənlər, digər səlahiyyətli vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilirlər”
AR ƏM-nə görə “işçilər vəzifəsindən asıla olmayaraq məzuniyyət hüquqlarına malikdirlər, işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Görünür, 1 saylı regional maliyyə idarəsinin rəisi “zati-aliləri ” cənab” Elxan Süleymanov Ölkə Konstitusiyasından, Ümumilli Lider Heydər Əliyevin imzaladığı “Məzuniyyətlər haqqında Azərbaycan Respublikası Qanunu”ndan, ƏM-nə məhəl qoymadan “öz qanunlarını” yeritmək xülyasına düşüb ?!
Elxan Süleymanov kimilərinin kimlərə arxayınlaşaraq özbaşınalıqlar etməsi mənə maraqlı deyil. Ondan fərli olaraq mən Göydə Allaha, Yerdə Prezidentim İlham Əliyev Cənablarına güvənir və Qanunlarımızın Alıiliyinə hörmətlə yanaşıram.
Sizdən xahiş edirəm AR Konstitusiyasının, Ölkə Qanunlarının, “Həmkarlar İttifaqları haqqında” Qanunu, Əmək Məcəlləsinin tələblərini rəhbər tutaraq pozulmuş əmək hüquqlarımı (qalıq əmək haqqı borclarımın və məzuniyyətdən istifadə) bərpa etməklə günahkarların cəzalandırılması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə: Mirzəyeva Aybəniz Qurban qızı
29 iyun 2017- ci il

Ünvan: Sumqayıt ş., Katec q., 24-cü məh., ev-38A/14
Telefon: 077 323-82-83

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ