SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradıldı

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradıldı

Tarix:

17-12-2019, 14:24

/ 1 431 dəfə oxundu.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin  Bakı şəhər İdarəsi yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.
Məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması, yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.
Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.


AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ


Şərhlər

XƏBƏR LENTİ