SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhərində yerləşən “İstək” liseyində özbaşınalıqlar - ŞİKAYƏT

Sumqayıt şəhərində yerləşən “İstək” liseyində özbaşınalıqlar - ŞİKAYƏT

Tarix:

26-08-2017, 16:07

/ 91 810 dəfə oxundu.
Sumqayıt  şəhərində  yerləşən  “İstək” liseyində  özbaşınalıqlar - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Surəti: “Heydər Əliyev Fondunun” rəhbəri, Millət vəkili, Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə naziriCənab Səlim Müslümova
Surəti: Azərbaycan Resp ublikası Həmkarlar İttifaqları Konfederasiyasının Prezidenti Cənab Səttar Mehbalıyevə
Surəti: 7 saylı Regional DƏM xidmətinin rəisinə

Sumqayıt şəhərində yerləşən “İstək” liseyində özbaşınalıqlar hökm sürür. Liseyin rəhbərliyi Ölkə Qanunlarına və Əmək Məcəlləsinə məhəl qoymur.
AR ƏM-nin 118-ci maddəsinin tələblərinə əsasən Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə 56 təqvim günü əmək məzuniyyəti verilməlidir.
Lakin lisey rəhbərliyi AR ƏM-nin bu tələbini pozaraq 30 təqvim günü məzuniyyət vermişdir. 26 günümüz və ona uyğun maaşımız hər il kəsilir.
Bununla əlaqədar Sumqayıt Şəhər Təsil şöbəsinin həmkarlar təşkilatının sədri Xudaverdi müəllimə şikayətimizi bildirmişik. Həmkarlar təşkilatının rəhbəri olaraq işçilərin qanunla qorunan mənafeyini müdafiə etmək əvəzinə, Xudaverdi müəllim deyir ki, “özəl təhsil ocağıdır, nə istəsə edə bilər. Hara şikayət etsəniz də mənasızdır”
Sumqayıt təhsil şöbəsinin Həmkarlar təşkilatının pensiya yaşına çatmış “rəhbəri” Xudaverdi müəllimə artıq deyiləsi sözümüz yoxdur !
Sadəcə onu marifləndirmək, elementar hüquq anlayışlarından ona bilgi vermək məqsədilə bildiririk : “hörmətli” xudaverdi “müəllim” Azərbaycan Resublikasında fəaliyyət göstərən dövlət, özəl və s. bütün müəssisə, təşkilat, idarələr və s. təhsil ocaqları Azərbaycan Respublikasının Qanunları, Əmək Məcəlləsi ilə tənzilmlənir.
Xudaverdi müəllimin belə rəftar və davranışlarıyla özünü həmkarlar təşkilatının rəhbəri yox ANTİHƏMKARLAR təşkilatının sədri kimi tanıdır.
Sumqayıt şəhər təhsil şöbəsinin həmkarlar təşkilatının cavan, savadlı həmkarlar təşkilatı sədrinə ehtiyac var.
Bundan başqa, müqavilə əsasında liseydə təhsil alan lisey işçilərinin övladları bu günə kimi 50% güzəşt olunurdu. Təhsil haqqının 50 %-ni lisey özü ödəyirdi.
2017/2018 tədris ilindən etibarən lisey rəhbərliyi güzəştin 30 %-ə endirilməsini bəyan etdi. Yəni, təhsil haqqının 70 % -i valideyn, 30%-i isə lisey tərəfindən ödəniləcəkdir.
Lisey rəhbərliyinin bu qərarı bütün işçilərdə narazılıqlara səbəb olub.
Lisey rəhbərliyi bu yeni qərarı bundan sonra liseyə qəbul edilən işçilərin övladlarına şamil edilə bilər. Bizə aid edilməsi ölkə Qanunlarına ziddir. Biz öncədən güzəştin 50 % olduğuna əmin olub övladlarımızı bu liseyə
qoymuşuq və bu haqda müqavilə bağlamışıq.
Konstitusiyaya əsasən Ölkə Qanunlarınının vətəndaşın ziyanına geriyə oxunuşu yolverilməzdir.
Bu haqda təhsil naziri Mikayıl Cabbarova dəfələrlə şikayət etsək də tədbir görülməyib.
Sizdən artıq dərəcədə xahiş edirik Sumqayıt şəhər “İstək” liseyindəki bu özbaşınalıqlara son qoyulması üçün bizə kömək edəsiniz.
Əvvəlcədən Sizə minnətdarlıq edirik.
Sumqayıt şəhər “İstək” liseyinin
işçiləri adından Abbasova D.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ