XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hava qeyri-sabit keçəcək - Şimşək çaxacaq, yağış yağacaq

Hava qeyri-sabit keçəcək - Şimşək çaxacaq, yağış yağacaq

Hava qeyri-sabit keçəcək - Şimşək çaxacaq, yağış yağacaq
15-05-2017, 13:16

Mayın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Nazirlikdən verilən məlumata görə, havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Mayın 15-i axşamdan 16-sı səhərədək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.