SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mehriban Əliyeva Həmid Heydərini təbrik etdi

Mehriban Əliyeva Həmid Heydərini təbrik etdi

Tarix:

28-08-2021, 20:54

/ 485 dəfə oxundu.
Mehriban Əliyeva Həmid Heydərini təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 7-ci qızıl medalı qazanan idmançımız Həmid Heydərini təbrik edib. 


Xalqxeber.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşımda deyilir:

"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!".

Şərhlər

XƏBƏR LENTİ