Mehriban Əliyeva Həmid Heydərini təbrik etdi

Xalqxeber.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşımda deyilir:
"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!".