SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mehriban Əliyeva qalib idmançıları təbrik etdi

Mehriban Əliyeva qalib idmançıları təbrik etdi

Tarix:

24-06-2022, 18:56

/ 395 dəfə oxundu.
Mehriban Əliyeva qalib idmançıları təbrik etdi

 
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"

Şərhlər

XƏBƏR LENTİ