Daha bir bələdiyyə sədri cərimələndi - 3000 manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, reyd zamanı Qəbələ rayonu Vəndam qəsəbə bələdiyyəsi ərazisində məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Faktla bağlı Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...