XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto

İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto

İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto
31-12-2020, 11:06

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər.
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində də bütün şəhid ailələrini ziyarət etmiş, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər. Onu da qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.

O cümlədən qazilər, müharibədən tərxis olunanlar və hal-hazırda hərbi xidmətini davam etdirən hərbçilərin ailələri də diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə ciddi maraqlanır və həlli üçün səylərini əsirgəmirlər. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş fəaliyyətində əsas istiqamət olaraq qalacaqdır.

Həm Vətən Müharibəsi zaman, həm də Şanlı Qələbədən sonrakı dövrdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi Bakı Sağlamlıq Mərkəzində müalicə olunan yaralı hərbçilərlə görüşmüş, torpaqlarımız uğrunda gedən döyüşlərdəki cəsarətlərindən dolayı onlara təşəkkür edib.

Könüllü olaraq cəbhəyə gedən vətənpərvər gənclərdən biri də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Tahir İbrahimovdur. Vətən uğrunda gedən müharibədə onun zəfər yolu işğal olunmuş bir neçə rayonun azadlığı uğrunda gedən döyüşlərdən keçmişdir. Bu gün qələbə ilə geri dönən Tahiri iş yerində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla İcra Hakimiyyətinin kollektivi böyük fəxrlə qarşıladı. Qarşılanma zamanı çıxış edən Abdin Fərzəliyev xalqımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun çoxsaylı qəhrəman əsgər və zabitləri ilə qürur duyduğunu söyləyərək, bu gün qələbə sevincini bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa dilədi.
İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto





XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.