SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həkimdən SOS: "Covidlə bağlı vəziyyət daha ciddidir" - Müalicələrə tabe olmur!

Həkimdən SOS: "Covidlə bağlı vəziyyət daha ciddidir" - Müalicələrə tabe olmur!

Tarix:

27-03-2021, 13:08

/ 536 dəfə oxundu.
Həkimdən SOS: "Covidlə bağlı vəziyyət daha ciddidir" - Müalicələrə tabe olmur!

Tanınmış həkim Aydın Əliyev koronavirusun daha geniş yayılması ilə bağlı həyəcan təbili çalıb. "Sherg.az"ın xəbərinə görə, o qeyd edib ki, Covidlə bağlı vəziyyət bu dəfə daha ciddidir: "Ehtiyatlı olaq! Qorxutmaq məqsədilə demirəm, amma müşahidələrimi və eşitdiklərimi paylaşmağı borc bilirəm:

1. Daha sürətlə yayılır!

2. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur!

3. Ağciyərləri daha çox zədələyir!

4. İldırımsürətli ağırlaşma verə bilir!

5. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur!

Tövsiyələrim:

1. Ən yaxşısı yoluxmamaqdır!

2. Ona görə də fiziki məsafə saxlayaq! Lütfən! Açıq havada ən azı 1 metr, qapalı məkanlarda ən azı 1,5 metr! Anlayışlı olaq! Bəzən müşahidə edirəm insanlar bir-birinin ağzının içinə girir sanki(

3. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək! Burun və ağız nahiyəsini tam qapayaq! Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək!

4. Əl ilə görüşməyək! Lütfən! Əl ilə görüşsək, nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq! Bəziləri burnun qurtdalayır, dişlərin qurtdalayır, müxtəlif əşyalara, səthlərə əlinini vurur, bağışlayın məni hətta tualetə gedir əlini yumadan insanlarla əl tutub görüşür! Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaq, öpüşməməkdir bu aralarda!

5. Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70 faizli etil spirti əsaslı məhlullarla dezinfeksiya edək!

6. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq və digərlərini buna təşviq edək!

7. Dövlət tərəfindən ictimai nəqliyyatın sayı artırılsa yaxşı olar. İctimai nəqliyyatda dəhşət çox sıxlıq olur, insanlar bir-birinin ağzına girir!

8. Bəzən yas sahibləri insanlardan inciyir ki, yasıma gəlmədi ( belə olmaz! Anlayışlı olaq! Hətta Coviddən dünyasını dəyişən insanların yasına toplaşırlar! Bəs toplaşanlar yoluxub həyatını itirsə necə olacaq? Daha da qanqaraçılıq olmayacaqmı? Əlbəttə olacaq! Belə hallar olub artıq! Nəticə çıxaraq!

9. Peyvənd edilənlər arxayın olmayın! Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var!

10. Yoluxma sayı günbə-gün artır! Mən sərt karantinin əleyhinəyəm! Amma yoluxma sayı biraz da artsa sərt karantin qaçılmaz olacaq! Sərt karantin istəmiriksə qorunmalıyıq!

11. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək!

Hamımıza sağlamlıq arzulayıram.

Şərhlər

XƏBƏR LENTİ