XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Yaşıllıqların hazırki vəziyyətinə görə Hüseynqulu Bağırovun atasına rəhmət oxunmalıdır”

"Yaşıllıqların hazırki vəziyyətinə görə Hüseynqulu Bağırovun atasına rəhmət oxunmalıdır”

"Yaşıllıqların hazırki vəziyyətinə görə Hüseynqulu Bağırovun atasına rəhmət oxunmalıdır”
27-07-2020, 10:30

"”Dərə xəlvət tülkü bəy” bu yerdə deyiblər. Pandemiya, sonra da Tovuz hadisələri, deyəsən, tülkülər üçün münbit şərait yaradıb. Çoxdandır yaşıllıqların qırılması, qurudulması ilə bağlı yazılarım olmurdu. Bir neçə gündür bu sahəyə də diqqət ayırdım, bəzi araşdırmalar apardım və əmin oldum ki, keçmiş nazir Hüseynqulu Bağırovun atasına rəhmət oxunmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, bu gün ağac qırmaq, yaşıllıqların baxımsızlığı vəziyyəti əvvəlkindən də bərbaddır: “Hərçənd ki, yeni gələn Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ilk günlər hətta yaşıllıq üçün pulsuz tinglər də payladı və deyəsən, işlər bununla bitdi. Bu gün artıq meşələri də qırırlar. Əvvəllər əkilmiş yaşıllıqlar da susuzluqdan quruyur. Bu sahədə onlarla nümunə çəkə bilərəm. Elə bu gün pandemiya dövründə də sağlamlığımızdakı bir çox problemlər yaşıllıqların az olmasından irəli gəlir. Ona görə hər birimiz bu sahədə bacardığımızı etməliyik. Sizlər hər biriniz ekologiyaya ziyan vuran faktları foto, video dəlillərlə bu yazıya olan şərhlərdə paylaşın. Dəqiq bilirəm ki, hakimiyyətin ən üst qatında, elə Ekologiya Nazirliyi də bu səhifəni diqqətlə izləyirlər. Bildirirəm ki, Bayılda Bakı əhli üçün öz vəsaitim hesabına saldığım Parka hər gün baş çəkib qulluq edirəm. Əminəm ki, Allah ömür versə, 5 ildən sonra həmin Park vətəndaşlarımızın ən çox istirahət etdiyi sahə olacaq. Sadəcə, yeganə edə bilmədiyim vaxtilə Əli Həsənovun göstərişi ilə bağban və onun alətləri üçün quraşdırılmış konteyneri hələ də yerinə qaytara bilməmişəm. İnanmaq istəyirəm ki, kimlərsə ağıllanıb konteyneri yerinə qaytaracaq ki, parka daha yaxşı quluq edilsin”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.