XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sarı zolağa görə 3 günə 29 min 120 manat cərimə

Sarı zolağa görə 3 günə 29 min 120 manat cərimə

Sarı zolağa görə 3 günə 29 min 120 manat cərimə
8-05-2017, 20:11

“Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 728 sürücüyə elektron protokol yazılıb”.

Bu sözləri açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Vaqif Əsədov bildirib ki, sürücülər diqqətli olmalıdırlar: “IV İslam Həmrəyliyi ilə Oyunları ilə bağlı çəkilən zolaqlara nəzarət davam etdirilir. Bu zolaqlara daxil olan hər bir sürücü məsuliyyətə cəlb olunacaq”.

Şöbə rəisi, həmçinin mayın 25-nə qədər avtomobillərin parklanması ilə bağlı da xəbərdarlıq edib.

“Mayın 5-dən 25-nə qədər olan müddətdə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilən zolaqlara yaxın yerləşən müvəqqəti avtomobil dayanacaqları ləğv edilib. Zolaqlara yaxın ərazilərdə parkomatlar olsa da, ayın 25-nə qədər avtomobillərin parklanması qadağandır”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır. May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək.

Qadağa mayın 5-dən 25-dək qüvvədə olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.