Sarı zolağa daxil olmayın - QADAĞA qüvvəyə mindi
Bu gündən etibarən Bakının yollarında çəkilmiş xüsusi zolaqlara icazəsi olmayan nəqliyyat vasitələrinin girişi qadağan edilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.
Onun sözlərinə görə, sarı zolağa icazəsiz daxil olan nəqliyyat vasitəsinin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. V.Əsədov bildirib ki, sarı zolaqlarda hərəkəti qadağan edən yol işarələri də qoyulub. Qayadanı pozan sürücülər 40 manat cərimə olunacaq. Bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirakla bağlı qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub: "Akreditasiyadan keçən jurnalistlərin sarı zolaqlardan istifadə etməsi üçün isə mütləqdir ki, təşkilat komitəsi ilə razılaşdırılmalı və şəxsi avtomobilə xüsusi birka, tanınma işarəsi vurularaq qeydiyyatdan keçməlidir. Xüsusi birka da qabaq şüşəyə və arxadan kopotun üzərinə yapışdırılmalıdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?