SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisi sarı zolaqlarda qadağanı sonraya saxladı – ŞAD XƏBƏR

Yol polisi sarı zolaqlarda qadağanı sonraya saxladı – ŞAD XƏBƏR

Tarix:

1-05-2017, 12:13

/ 62 620 dəfə oxundu.
Yol polisi sarı zolaqlarda qadağanı sonraya saxladı – ŞAD XƏBƏR

Baş Dövlət Yol Polisi İdərəsi mayın 1-dən 25-dək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda "Oyunlar zolağı”nda digər nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi məsələsinə münasibət bildirib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həmin zolaqlarda nəqliyyat vasitələrinin hərəkəti mayın 1-dən yox, 5-dən 2-5dək qadağan olunacaq. Bu o deməkdir ki, mayın 5-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.
"Oyunlar zolağı”nın əhatə etdiyi küçələr bunlardır:
Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.
Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər və 40 manat məbləğində cərimə olunacaqlar.

Avtosfer.az

Şərhlər

XƏBƏR LENTİ