SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əhməd Əhmədzadə məhkəməyə verildi - Səbəb isə...

Əhməd Əhmədzadə məhkəməyə verildi - Səbəb isə...

Tarix:

18-03-2021, 17:40

/ 969 dəfə oxundu.
Əhməd Əhmədzadə məhkəməyə verildi - Səbəb isə...

Meliorasiya və Su Təsərrüfatı ASC məhkəməyə verilib.

HİT.Az xəbər verir ki, iddiaçı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Emin Əliyevin icraatındadır.

Məhkəmə çəkişməsinə səbəb isə, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun İdarə Heyətinin sədri Samir Qurbanovdur.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanda ən çox tənqidə məruz qalan qurumlardandır. ASC-nin rəhbəri Əhməd Əhmədzadədir. O, 28 ildir ki, bu sahəyə rəhbərlik edir.

Şərhlər

XƏBƏR LENTİ